Mustafa Mərdanovun anadan olmasından 130 il ötür
28.02.2024 [10:36]
Fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 130 il ötür.
Mustafa Həşim oğlu Mərdanov Cənubi Azərbaycanda - Mərənddə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Tiflisə köçüb, 1924-cü ilə qədər orada yaşayıb. O, ilk dəfə 1909-cu il noyabrın 28-də səhnəyə çıxıb. İkinci dəfə "Xor-xor" tamaşasında Seyfulla rolunda çıxış edən Mustafanın ifası Tiflis Azərbaycan Teatrının peşəkar, təcrübəli aktyorları tərəfindən bəyənilir və onu truppaya dəvət edirlər. Beləliklə, gənc Mustafa 1910-cu ildə Tiflis Azərbaycan Teatrının tamaşalarında iştirak etməyə başlayır. Tiflis Azərbaycan Teatrının direktoru olub (1921-1922). Tiflis Kişi Gimnaziyasını (1916), Moskva Dövlət Teatr Sənəti İnstitutunu (GİTİS, 1922-1924) bitirib. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Teatr Xadimləri İttifaqının sədri (1962-1968) olub. Xarici film istehsalçılarının çəkdiyi “Abrek Zaur” filmində (1926, 1938, rejissor Boris Mixin / Rusiya) filmində pristav rolunda çəkilib. “50 il Azərbaycan səhnəsində xatirələrim” (1959), “Mənim müasirlərim” (1973) adlı kitabları nəşr olunub. Xalq artisti (1943) Mustafa Mərdanov 1968-ci ildə vəfat edib.
Aktyor Mustafa Mərdanov rejissor Səməd Mərdanovun qardaşıdır.
Filmoqrafiya:
Bismillah (1925, tammetrajlı bədii film) – aktyor (muzdur Qulu)
Müxtəlif sahillərdə (1926, tammetrajlı bədii film) – aktyor (Abbas)
Hacı Qara (1928, tammetrajlı bədii film) – aktyor (Kərəməli)
Vulkan üzərində ev (1928, tammetrajlı bədii film) – rejissor assistenti
Sevil (1929, tammetrajlı bədii film) – aktyor (Balaşın atası Atakişi)
Lətif (1930, tammetrajlı bədii film) – aktyor (qolçomaq əlaltısı Ələsgər)
İyirmi altı komissar (1932, tammetrajlı bədii film) – aktyor (menşevik)
Bakılılar (1938, tammetrajlı bədii film) – aktyor (menşevik)
Kəndlilər (1939, tammetrajlı bədii film) – aktyor (kəndli Təhməz və menşevik)
Yeni horizont (1940, tammetrajlı bədii film) – aktyor (trest müdiri)
Səbuhi (1941, tammetrajlı bədii film) – aktyor (akademiya rəisi)
Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Şirin kişi)
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – filmi səsləndirən (rus müdir)
Görüş (1955, tammetrajlı bədii film) – aktyor (Əsgər)
Qara daşlar (1956, tammetrajlı bədii film) – aktyor (Dəmirov)
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (Həsən bəy)
Səhər (1960, tammetrajlı bədii film) – aktyor (Əhməd kişi)
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – aktyor (poçtalyon)
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (Məmməd kişi)
Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (Kolumb-İppolit Xviçiya)
1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.
Mikayıl
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

