Daşlarla danışan adam...
21.12.2023 [10:50]
Bu gün Ömər Eldarovun doğum günüdür
Onun adı və sənət inciləri elə sağlığında çağdaş mədəniyyətimizin qızıl fonduna daxil edilib. Çünki o, lap gənc yaşlarından, belə demək olarsa, daşlarla nəfəs-nəfəsə yaşayır, günləri günlərə calayır və yorulmaq bilmədən onlara yeni həyat verir. Tişəsindən çıxan əsərlər könülləri ovsunlayır, insana gözəllik və həyatın şirinliyi haqda duyğular bəxş edir. Çünki bu əsərlərdə zəriflik, kamillik və monumentallıq qaynayıb qarışır. O əsərlər təkcə paytaxtımızın deyil, dünyanın neçə-neçə şəhərinin ən gözəl meydanlarını bəzəyir. Söhbət heykəltəraş Ömər Eldarovdan gedir.
Bu gün Azərbaycanın məşhur heykəltaraşı, xalq rəssamı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun doğum günüdür. Ömər Eldarov 1927-ci il dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. O, Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.
1946-cı ildən etibarən müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda, sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib.
Ömər Eldarov haqqında danışanlar onun hadisələrlə, insanlarla, sənət zəfərləri və sevincləriylə dolu sağlam, əsasən rahat, təmin olunmuş bir həyat yaşadığını deyirlər. Ona nəsib olmuş istedada heç vaxt dönük çıxmayıb, müdam zəhmətkeş olub, işləməkdən doymayıb, həyatı boyu çalışıb ki, yaxşı adam olsun, kimsəyə pisliyi dəyməsin. Nümunəvi ailəsi, qabiliyyətli balaları da onun üçün taleyin bir ayrı töhfəsinə çevrilib. Şöhrətin bütün şirinliyini də dadıb, alına biləcək ən yüksək təltiflərin, mükafatların da, az qala, hamısına layiq görülüb. Həm dövlət, həm xalq tərəfindən daim əzizlənib, sayğısı uca tutulub. Lakin xoşbəxt olubmu, ümumən hansısa böyük sənətkar tam xoşbəxt ola bilərmi?! Axı həmişə ruhu yüksək, dilindən incə yumoru, şux zarafatı əskik olmayan həyatsevər Ömər müəllimin gözlərinin dərinliyində bir kədər də var...
Səbəb bircədir: dünyaya və insanlara çox ucalardan baxa bilmək, başqalarının yanından ötüb-keçdiyi çox mətləblərə biganə qalmamaq, gördüklərinin hamısını ürəyindən də keçirmək. Bu cür hissiyyat, bu təhər görə, düşünə bilmək qabiliyyəti Üzeyir bəydə də olub, Natəvanda da, Füzulidə də, Mahatma Qandidə də, Rabindranat Taqorda da, Səttar Bəhlulzadədə də, Caviddə də... Elə həmin səbəbdən Ömər Eldarovun yaratdığı bu surətlərin hər birinin çöhrəsində, baxışlarında həmin dünya qəmindən bir əlamət var...
Aysu ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

