Mədəniyyət beşiyi...
10.03.2023 [11:00]
Milli Teatr - 150
Tamaşaçısız qalan teatrlar
Hər bir dövrün müxtəlif tələbləri var. Lakin elə tələblər var ki, onlar illər keçsə də, öz aktuallığını qoruyub saxlayır. Uzun illər asudə vaxtını səmərəli keçirmək, maariflənmək, mənəvi istirahət etmək üçün üz tutulan məkanlardan biri olan teatrların bugünkü aqibəti təəssüf doğurur. Bir zamanlar “mədəniyyət beşiyi” sayılan , lakin bu gün tamaşaçısız qalan teatrlar bəlkə də tarixin ən çətin dönəmlərini yaşayır. Unutmayaq ki, Azərbaycan teatrı klassiklərimizin yaratdığı bir xəzinədir. Bu xəzinəni qoruyub saxlamaq, onu gələcək nəsillərə ötürməkdə gənclərin də üzərinə böyük vəzifə düşür. Lakin reallıq bunun tam əksini deyir. Foyelərdə gənclərə, demək olar ki, rast gəlinmir. Nəinki gənc nəslin nümayəndələri, orta və yaşlı nəsl də bu gün teatrlara üz tutmurlar. Amma uzun illər teatrlar mədəni inkişafımız üçün böyük rol oynamışdır. Hətta ictimaiyyət arasında yüksək nüfuza malik olan kişilər tamaşalara gedərkən iki bilet sifariş edirdilər - bir yer özlərinə, digəri isə papaqlarına. Hər nə qədər qəribə səslənsə də, əslində bu, sənət adamlarına - aktyorlara bəslənən böyük hörmətdən irəli gəlirdi.
Bu gün isə mədəniyyət ocaqlarında tamam fərqli mənzərə müşahidə edilir - satılmayan biletlər, tamaşaçısız zalda oynayan aktyorlar, alqış sədalarına kar qalan zal...
Öz başlanğıcını 1873-cü il martın 10-da klassiklərimiz Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Goraninin təşəbbüsü ilə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” əsərinin tamaşaya qoyulmasından götürən teatrımız bu il 150 illiyini qeyd edəcək.
Böyüklər üçün məktəb
Bir əsrdən çox yaşı olan mədəniyyət beşiyinin maraqlı tarixçəsi var. Bakıda ilk teatr binası 1880-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə inşa edilib. Bununla da teatr sahəsində yeni bir səhifə açılıb. Teatr səhnəsində Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinski kimi sənətkarlar yetişib. Aktrisalar olmadığı üçün qadın obrazlarını Əhməd Ağdamski, Hüseyn Ərəblinski kimi kişi aktyorları canlandırırdı. 20-ci əsrin əvvəllərində Azərbaycan teatr truppasında səhnədə ilk aktrisa - Gövhər Qaziyeva göründü. Onun Tiflis teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun Müsibəti Fəxrəddin faciəsi idi. Səhnədə təqiblərə məruz qalan Qazıyeva qorxmadan tamaşasını bitirə bilmişdi.
“1873-cü ildən mühitin müqavimətinə, sürəkli zaman fasilələrinə, məkan məhdudiyyətinə rəğmən təşəkkül tapmağa başlamış Azərbaycan teatrını yaşatmaq, aktyorların həyat və yaradıcılıqlarını qeyri-müəyyənlik vəziyyətindən qurtarmaq, teatr prosesini hər cür maneə və müdaxilələrdən sığortalamaq üçün teatrın təsisatlı mədəniyyət faktına çevrilməsinə son dərəcə böyük ehtiyac vardı”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında teatrşünas Aydın Talıbzadə səsləndirib.
Teatrımızın tarixindən söz açan A.Talıbzadə fikirlərinə belə davam edib: “Azərbaycan Demokratik Respublikası Azərbaycan teatrını dövlət təsisatı kimi qeydiyyata götürür və 1919-cu ilin 24 oktyabrında “Hökumət teatrosu”nun rəsmi açılışı olur, afişa və proqramlarda isə teatr, həmçinin “Azərbaycan Dövlət türk teatrosu”, “Dövlət teatrosu” adlandırılır. Bu, respublikada mövcud aktyor qüvvələrinin birləşdirilməsi, teatrın inkişaf magistralına çıxarılması demək idi. Məhz elə ona görə də teatrın açılışı düz 4 gün bayram edilir və ilk olaraq İsabəy Aşurbəylinin “Azər-Baycan” tamaşası seyrçilərə göstərilir. Həmin gün, başda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli olmaq şərtilə, bütün hökumət üzvləri də bu tədbirdə iştirak edirlər”.
“Azərbaycan dövlətçiliyi tarixində bu ənənə hər zaman yaşamış və ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi çağlarda öz zirvə məqamına çatmışdır.
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı da bu möhtəşəm ənənənin davamıdır. Artıq Sərəncamın özündə də deyildiyi kimi, Azərbaycan teatrı xalqımızın sərvətidir. Sərvət isə hər zaman qorunmağa möhtacdır. Sərvət odur ki, gələcək inkişafdan ötrü zəmin yaradır. Ona görə də Azərbaycan teatrının 150 illiyinin dövlət səviyyəsində qeyd edilməsi mühüm ictimai-sosial, mədəni hadisədir”.
Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında teatrlara marağın azalmasının bir çox səbəbi olduğunu, lakin bu məsələnin teatr sosioloqları tərəfindən araşdırılmadığını bildirib: “Teatr və cəmiyyət arasında böyük bir uçurum yaranıb. Çünki teatrlarımız mövzu və dramaturgiya baxımından əksəriyyəti zamanla ayaqlaşmır. Burada müəyyən boşluqlar ona görə görülür ki, günün tələbləri dəyişib. Bu tələblər yalnız teatr sənətinə deyil, ümumilikdə, bütün sənət aləminə təsir edib. Teatrımız bu günlə ayaqlaşmağa məcburdur. Teatrla bağlı problemlər daha ciddi və sivri şəkildə özünü göstərir. Çünki digər sənətlər hansısa formada özünü sığortalayır. Teatr zaman və məkan vasitəsilə yaradılan sənət olduğu üçün gənclərin marağının azalması daha aşkar şəkildə görülür. Düşünürəm ki, problemi həll etmək üçün öncə tamaşaçının istəyini, arzusunu, niyyətini və məmnuniyyət dərəcəsini öyrənmək lazımdır”.
Teatrşünas deyir ki, daha qlobal məsələ isə teatr marketinqi ilə bağlıdır: “Bu gün teatrlarımız yaxşı iş ortaya qoyduqları təqdirdə bunu kifayət qədər uğurla cəmiyyətə çatdıra bilmirlər. Teatrların piar və marketinq istiqamətində fəaliyyətləri mövcud deyil. Ona görə sosial mediadan başlayaraq bütün piar alətlərindən istifadə etmək lazımdır. Bütün reallıqlar dəqiq tərtib edilərək, uyğun marketinq siyasəti qurulmalıdır”.
Teatrımız bu gün...
Klassiklər tərəfindən bünövrəsi qoyulan teatrımız bu gün müxtəlif istiqamətlərdə inkişaf edir. Bu istiqamətlərdən biri yeni sənət hadisəsi kimi qiymətləndirilən Azərbaycan Dövlət Pantomim teatrıdır. “Sözsüz tamaşa” adlandırılan bu teatr süjetlərin bədən dili ilə təsvir edilməsidir. Bundan başqa, fiziki məhdudiyyətli insanlar üçün yaradılan Əsa teatrı da bu sahədə inkişafın bariz nümunəsidir. Əsa teatrı vasitəsilə fiziki məhdudiyyətli insanlar əngəlsiz teatr izləmə şansı əldə etdilər. Teatrlarımızın uğurlu inkişafından danışarkən uşaqlar üçün yeni kukla teatrlarının fəaliyyətə başlamasını da qeyd etməliyik. Burada müxtəlif şifahi xalq ədəbiyyatı nümunələri azyaşlılara uyğun olaraq tərbiyəvi motivləri seçilərək tamaşaya qoyulur.
Buraya yeni-yeni obrazların seçilməsi, gənclərin daha aktiv iştirakının təmin edilməsi, müasir texnikalardan istifadə kimi bir çox məsələlər aiddir.
Müasir texnologiyaların tətbiqi teatr sahəsində də özünü büruzə verir. Pandemiya dövründə tamaşaların onlayn formada təqdim edilməsi bir qədər də aktuallaşdı. Doğrudur, bu gün teatrlara üz tutanların sayı heç də ürəkaçan səviyyədə deyil. Amma məsələnin digər tərəfi olduqca sevindiricidir. İnternetə çıxış imkanları olan teatrsevərlər artıq sevdikləri əsərləri onlayn formada izləyirlər.
Nicat Dilqəmli,
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

