Ümumtürk dünyasının korifeyi!
24.02.2023 [10:29]
Əli bəy Hüseynzadə: Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar
Türkçülüyə dil, ədəbiyyat, siyasi zəmində xidmət edən Əli bəy Hüseynzadə 159 il əvvəl bu gün - 24 fevral 1864-cü ildə Salyanda dünyaya göz açıb. Alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən, bu sahələrin hər birində özünəməxsus iz qoyan Əli bəy, eyni zamanda, 20-ci əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindəndir.
Dünyaya göz açandan...
Əli bəy Hüseynzadə 1875-1885-ci illərdə Tiflisdə yaşayıb, elə burada təhsil alaraq Tiflis gimnaziyasını bitirib. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb və rus dillərini öyrənərək özünü təkmilləşdirib. Təhsil aldığı dövrdən etibarən türkçülüyə meyilliliyinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. M.F.Axundzadə həm də Əli bəyin babasının yaxın dostu idi.
1885-ci ildə Sankt-Peteburqda ali təhsilə başlayır. Elə həmin ərəfələrdə tələbələrin də iştirakı ilə Rusiyada xalq hərəkatı başlayır. Türk şairi Ziya Gökalp Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu yazırdı. Yaranan vəziyyətə görə bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. Ə.Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Rəsmləri ilə bağlı araşdırmalarımızda maraqlı bir məlumatla qarşılaşdıq. Belə ki, Əli bəy İstanbula köç ərəfəsində özünün yağlı boya ilə 1905-1906-cı illərdə çəkdiyi “Bibiheybət məscidinin görünüşü” adlı məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin əsərdən xoşu gəlmiş və rəsmi almaq üçün sifariş vermişdi... “Orucov qardaşları” mətbəəsinin sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı Zeynalabdin Tağıyevə çatdırmışdı. Hacı demişdi ki, “Görünür, Əli bəyin əli aşağıdır. Ona görə bu məşhur rəsm əsərini satmaq qərarına gəlib...” Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq bu haqda Əli bəy heç nə bilməsin, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin... Elə də oldu. Azərbaycan xalqının milli sərvəti olan, Əli bəy Hüseynzadədən yadigar qalan bu gözəl sənət əsəri Əli bəyin öz vətənində qalır. Həmin əsər hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Əli bəy Hüseynzadə özündən sonra zəngin elmi, bədii, publisistik irs qoyub getmişdir. Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Türkçülüyün əsaslarını izah etdiyi, “Turan” adlı şeirinin Turançılıq ideologiyasının ilk görüntüsü kimi dəyərləndirib. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk hərəkatının mahiyyətini açıqlayır. Bundan başqa o, publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrində də yetəri qədər əmək sərf edib.
Onun elmi, ədəbi-bədii irsi içərisində mütəxəssislər tərəfindən şah əsər hesab edilən “Siyasəti- Fürusət”, həmçinin “Füyuzat” jurnalı xüsusi yer tutur. Müasiri Yusif Akçura yazırdı ki, Əli bəyin siyasi, fəlsəfi və ədəbi düşüncələrini anlamaq üçün ən qiymətli mənbə “Füyuzat” kolleksionudur. “Füyuzat” Əli bəyin yaradıcığının kulminasiya nöqtəsi oldu. Bu məktəbi yaratmaqla tarix səhifələrinə öz imzasını həkk etdi. Məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!”
Əli bəy Hüseynzadə İslam-Türk millətlərin qalxması və müasirləşməsində üç fikrə əsaslanırdı: Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq. Bu üçlü görüş daha öncə sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2014-cü ildə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Əli bəy İstanbula köç ərəfəsində özünün yağlı boya ilə 1905-1906-cı illərdə çəkdiyi “Bibiheybət məscidinin görünüşü” adlı məşhur rəsm əsərini satış salonuna
qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin əsərdən xoşu gəlmiş və rəsmi almaq üçün sifariş vermişdi... “Orucov qardaşları” mətbəəsinin sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı Zeynalabdin Tağıyevə çatdırmışdı. Hacı demişdi ki, “Görünür, Əli bəyin əli aşağıdır. Ona görə bu məşhur rəsm əsərini satmaq qərarına gəlib...” Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq bu haqda Əli bəy heç nə bilməsin, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin...
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

