"Çağırışın 17 siması" adlı fotosərgi açılıb
28.10.2022 [15:30]
Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.
Açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Çağırışın 17 siması” adlı fotosərginin reallaşdırılması prosesindən danışıb. Bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirir.
“Azərbaycan “Çağırışın 17 siması” adlı fotosərginin həyata keçirilməsi təşəbbüsünə cavab verən ilk ölkə olub. Ona görə də bu gün Bakıda açılan ilk sərgi nadir və daha çox simvolikdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində çox fəal olan 17 Azərbaycan qadını daha ədalətli dünyanın yaradılmasında yaxından iştirak edir. Ümidvarıq ki, bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının digər ölkələri tərəfindən də reallaşdırılacaq. Sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”, - deyə Tatyana Valovaya diqqətə çatdırıb.
Qeyd edək ki, layihənin hədəfi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir. BMT-nin 2015-ci ildən elan etdiyi və Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədləri 15 il müddətinə insan inkişafı üçün əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığına təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarətdir.
Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çıxarır. Bu məqsəd və hədəflər insanlıq naminə bütün formalarda və ölçülərdə yoxsulluğa son qoymaq, dünya naminə dayanıqlı istehlak və istehsalın dayanıqlı idarə olunmasını, planetimizi korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsini, sülh naminə qorxu və zorakılıqdan azad olan dinc, ədalətli və ayrı-seçkiliyə yol verilməyən cəmiyyətlərin dəstəklənməsini və sair nəzərdə tutur.
Heydər Əliyev Mərkəzindəki sərgidə 17 dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir.
Layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib və 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacaq. Hər ölkədən öz dəyərlərini və mədəniyyətini təmsil edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gələn 17 qadın seçiləcək. Milli sərgilərdən sonra 2023-cü ildə İsveçrənin Cenevrə şəhərindəki Millətlər Sarayında (Palais des Nations) 17 ölkənin 17 seçilmiş qadınının təmsil olunduğu sərgi keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15

