Heydər Əliyev Fondunun dəstəyi ilə “İncəsənətlə şəfa” rəqs və musiqi qala tədbiri keçirilib
11.12.2019 [10:22]
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə “İncəsənətlə şəfa” rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, UNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətin qurulmasının əhəmiyyətini çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Nazareno” Sosial Kooperativi və “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.
Qala tədbirində “Nazareno” Sosial Kooperativi “Scia Scia” orkestrinin çıxışını, “EgoMuto kollektivinin xoreoqrafı İren Straççiatinin quruluşunda “Səyyahlar”, “DanzaMobiles” komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda “Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır” rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.
“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında “Addım” tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın “Əlaqə” meditasiyasını nümayiş etdirib.
“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin direktoru Nigar Sultanova və “Nazareno” Sosial Kooperativinin prezidenti Serxio Vini hər kəsin cəmiyyətdə bərabər hüququ olduğunu qeyd edib, tədbirin əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyəti üçün faydalı olacağına inandıqlarını bildiriblər.
Layihə çərçivəsində iki ölkənin sənət adamlarının təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn birgə rəqs nömrəsi də təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

