/ / Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
28.06.2019 [09:53]
İyunun 27-də Bakı Konqres Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iyulun 4-dək davam edəcək forum Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Forumu Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan-UNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Qeyd edib ki, Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya İrsi Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir. Səkkiz gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxs iştirakı edir. Abidə menecerləri bu tədbir günləri ərzində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər.
Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrsi Siyahısına namizəd kimi irəli sürülməsinin nəzərdə tutulduğunu söyləyən nazir deyib ki, hazırda Şəkinin Xan Sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.
Nazir bildirib ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.
Əbülfəs Qarayev Abidə Menecerləri Forumunda dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
Tədbirdə Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov və başqaları çıxış edərək irsin qlobal anlamından bəhs edib, eləcə də Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübənin qazanılması nöqteyi-nəzərdən önəmindən danışıblar.
Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Uebber Ndoro forum iştirakçılarına videomüraciət edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, forumun gündəliyinə Abidə Menecerləri Forumunun Dünya İrsi çərçivəsində və Potensial Yaradılması sahəsində məqsəd və obyektləri, Dünya İrsi və Dayanıqlı İnkişaf - 2015-ci il idarəetmə sənədi ilə tanışlıq, Mədəniyyət mənzərələri və Dünya İrsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir.
Bundan əlavə forum iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və digər yerləri gəzəcəklər.
İyulun 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanat ilə çıxış edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

