Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərgi açılıb
15.05.2019 [09:50]
Mayın 14-də Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və Türk Hava Yollarının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyin Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən çox əsəri tamaşaçılara təqdim edilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Bu gün biz Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyə və Azərbaycan arasında mədəniyyət körpüsünü qurmaqda davam edirik. Türkiyə və Azərbaycan bir-birinə yaxın ölkələrdir, lakin hər iki ölkənin mədəniyyətlərini öz aralarında tanıtmağa ehtiyac var. Bu məqsədlə də Türkiyədən üç rəssam öz işlərini sərgiləmək üçün Bakıya gəlib. Əminəm ki, sərgi azərbaycanlı sənətsevərlər tərəfindən maraqla izlənəcək”.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir bildirib ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi məşhur fikri institutun istiqamətini təyin edir və bu prinsiplə fəaliyyətini gerçəkləşdirməyə çalışır. Bu sərginin tərəfləri olan Türkiyə və Azərbaycan arasında körpünü quran da məhz Yunus Əmrə İnstitutudur.
Konyadan gələn Hüseyin Elmas bildirib ki, sərgidə 15 əsəri nümayiş olunur. Bakıda ilk dəfə olan rəssam nəzərə çatdırıb ki, bu cür tədbirlərin təşkili gələcəkdə digər sərgilərin keçirilməsinə zəmin yaradır və Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Bildirilib ki, bu sərgi son illər ərzində öz mövzusu, peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları vardır.
Öz dəstxəti ilə seçilən Rauf Tuncer yaradıcılığının əsas qayəsi türk mədəniyyəti və İslami motivlər, onları müşayiət edən kalliqrafik yazılar üzərində qurulub. Qədim dəyərləri müasir günümüzdə yaşatmağa çalışan Rauf Tuncer yaradıcılığında Orta Asiyanın İslamdan öncə və sonrakı mədəni mirasını çağdaş vizual incəsənətlə sintez edir. Sənətkar tablolarında kalliqrafiyaya, qədim folklora, simvollara, müraciət edir.
Sənətsevərlər sərgidə Hüseyin Elmasın İslamdan öncə və sonra formalaşmış türk mədəni irsinin müasir interpretasiyası ilə tanış olublar. Tarixi keçmişimizin gələcəyimiz qədər dəyərli olduğunu vurğulamağa çalışan rəssamın tablolarında türk İslam memarlığının əvəzolunmaz simvolu olan “qübbə”yə və digər memarlıq elementlərinə, eləcə də miniatürlərə rast gəlinir. Qübbəni müşayiət edən göyərçin və at fiqurları ənənəvi türk sənəti tarixində kök salmış motivlər olaraq izləyici qarşısına çıxır.
Yaradıcılığının özülü musiqi və səslə yoğrulmuş Erkin Keskinin tabloları isə sanki musiqi ifa edir. Əsərlərinin aparıcı mövzusu musiqi və səsdir. Hər tablo sanki ayrıca bir musiqi əsəridir. Qarışıq texnikaya müraciət edən rəssam kətan üzərində bilərəkdən relyef effekti yaradaraq izləyicini boyalarla canlanmış səs və musiqini duymağa çağırır. Harmonik boyalarla işlənmiş lirik şəhər mənzərələri bir qayda olaraq musiqi ilə ahəngdarlıq təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

