/ / Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfransın açılışı olub
Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfransın açılışı olub
20.11.2018 [09:24]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın işində iştirak edib
Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb. O deyib: “Bu yubiley beynəlxalq səviyyədə də bayram edilir. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Bu əsərlərdə insan əzəməti və şəxsiyyət azadlığı tərənnüm edilir. Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatının tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir”.
İqor Abılqaziyev xüsusi vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. O deyib: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O vaxtdan Nəsimi irsinin daha ətraflı öyrənilməsi istiqamətində mühüm addımlar atılıb”.
Festivalın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini xatırladan AAÖİ-nin direktoru deyib: “Çox hörmətli Leyla xanım, fürsətdən istifadə edərək, bizə göstərdiyiniz diqqətə görə sizə bütün institutumuz adından təşəkkür dolu ən səmimi sözlərimizi ifadə etmək istərdim”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Əcdadlarımızın önəm verdiyi dəyərləri müasir gənclərin də bilməsi olduqca əhəmiyyətlidir.
Səfir deyib: “İqor Abılqaziyev çox düzgün qeyd etdi ki, sovet dövründə məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev keçmişin böyük filosof və şairlərinin - Nizaminin, Füzulinin, Nəsiminin və dünyanın söz xəzinəsinə öz töhfəsini vermiş digər şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində böyük işlərə başlayıb. Yəqin ki, bu işi onun oğlunun, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin davam etdirməsi çox rəmzi məna daşıyır. Diqqətəlayiq haldır ki, bu gün bu işlə Heydər Əliyevin nəvəsi, böyük filosofa həsr olunmuş belə tədbirlərin bütün dünyada keçirilməsinin təşəbbüskarı hörmətli Leyla xanım məşğul olur”.
Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu AAÖİ-də keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat deyib: “Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulamaq və demək istəyirəm ki, Azərbaycan dilini yaxşı öyrəndiklərinə görə peşman olmayacaqlar”.
Sonra MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə oxuyublar, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.
Noyabrın 20-də konfrans işini davam etdirəcək. Konfrans iştirakçıları “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti”, “Nəsimi dili - dünən, bu gün və sabah” və s. mövzularda məruzələr dinləyəcəklər.
Konfransda Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə toxunan çıxışlarla yanaşı, müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzularında müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

