/ / Ramiz Əzizbəyli: Məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdaram
Ramiz Əzizbəyli: Məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdaram
03.08.2018 [09:11]
Xəbər verildiyi kimi avqustun 1-də Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadimlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, tanınmış aktyor və kinorejissor, Xalq artisti Ramiz Əzizbəyli “Şöhrət” ordeni ilə təltif edilib.
Dünən sevincini oxucularımızla bölüşən Xalq artisti yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Yeni Azərbaycan” qəzetinə açıqlamasında sözügedən Sərəncamın Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd edildiyi ərəfədə imzalanmasının təsadüfi olmadığını bildirən sənətkar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Bildiyiniz kimi, bu il həm mənim 70 illik yubileyim, həm də Azərbaycan kinosunun 120 illik yubileyidir. Məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdaram. Ölkə başçısı hər zaman Azərbaycan mədəniyyətinin tərəqqisinə böyük diqqət və qayğı göstərir”.
Xatırladaq ki, R.Əzizbəyli 1948-ci ildə Bakı şəhərində anadan olub, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, “Azərbaycanfilm” kinostudiyasında çalışdığı müddətdə 18 filmə çəkilib, iki bədii filmin rejissoru, bir bədii filmin həm rejissoru, həm də ssenari müəllifi olub. R.Əzizbəyli teatr səhnəsində onlarla rol ifa edib.
Rejissorun çəkdiyi “Pirverdinin xoruzu” filmi Almaniyaya beynəlxalq festivala dəvət alıb və “Klassik milli mövzuya ən müasir rejissor baxışı” nominasiyasi üzrə baş mükafata sahib olub. O cümlədən Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən ümumittifaq festivalında rejissor debütünə görə mükafata layiq görülüb.
Bununla yanaşı, R.Əzizbəyli 1991-ci ildə dillər əzbəri olan “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə lentə alınmış ilk ən gəlirli kino işi kimi yadda qalıb, Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diplomla mükafatlandırılıb. R.Əzizbəylinin rejissoru olduğu “Yalan” bədii filmi isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün törətdiyi faciələrə həsr edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

