/ / Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm
Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm
31.07.2018 [09:54]
Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bakıda artıq üçüncü dəfədir keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir?
- Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın “Birinci” telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda “Birinci” telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq böyük musiqi platformasına çevrilib.
- Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?
- Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. “Jara” nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.
- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, “Jara”ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?
- Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak edirlər. Əfsanəvi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın “Birinci” kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız “Birinci” kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün ilboyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir.
- Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?
- Musiqilər hər zaman məni tapır. Müəlliflər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. “Gəl Bakıya qaçaq” mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.
- Bu yaxınlarda Azərbaycanın Xalq Artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.
- Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq “Jara” və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən yüksək qiymətdir. Belə yüksək qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və Onun ailəsinə dərin minnətdarlığımı bildirirəm.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18

