Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
28.04.2018 [10:08]
Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç Mərkəzin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu və bunun əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini bildirib.
O, Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən təşəkkürlə qarşılandığını qeyd edib. Həmçinin xalqlarımızın mədəniyyətlərinin oxşar olduğunu, universitetdə təhsil alan tələbələrin Azərbaycan mədəniyyətinə yüksək maraq göstərdiyini və Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağını məmnunluqla vurğulayıb. O, eyni zamanda may ayında Azərbaycan Dillər Universitetində də Serb Dili və Mədəniyyəti Mərkəzinin yaradılacağından məmnunluğunu ifadə edərək, Azərbaycan-Serbiya əlaqələrinin örnək hesab edildiyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi ilə bağlı bu təşəbbüsün təşkilatçılarına, həyata keçirənlərə, tədbir iştirakçılarına ünvanlanan təbrik və təşəkkürü əks olunmuş müraciətini diqqətə çatdırıb. O, Mərkəzin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlərin daha da genişlənəcəyinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği və tanıdılmasında mühüm rol oynayacağına əminliyini bildirib.
Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç Mərkəzin məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, onun ölkələrimizin elmi və akademik sahələrdə əməkdaşlığı üçün tarixi bir hadisə kimi yadda qaldığını və universitetə dəyərli bir hədiyyə olduğunu bildirib. O, Mərkəzi universitetin tələbələrinin və bütün Serbiyanın Cənubi Qafqaz və türk mədəniyyəti ilə əyani tanışlığı üçün fürsət kimi dəyərləndirib.
Tədbirdə çıxış edən səfir Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu bildirib. Ən önəmlisi isə, Azərbaycan və serb xalqlarının yaxınlaşmasının, onlar arasında səmimi dostluq əlaqələrinin gündən-günə yüksəldiyini qeyd edib.
O, tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin ölkələrimizin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcəyini, qarşılıqlı tələbə və təcrübə mübadiləsini zənginləşdirəcəyini vurğulayıb.
Mərkəzin rəhbəri Lalə Məcidova çıxış edərək, Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı səfirliyinə təşəkkürünü bildirib.
Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46

