Heydər Əliyev Mərkəzində “Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimatı keçirilib
09.12.2017 [00:52]
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.
Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.
Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb”, - deyə müəllif vurğulayıb.
Kitabdakı fotoların peşəkar fotoqraflar tərəfindən çəkildiyini bildirən müəllif deyib: “Təəssüflər olsun ki, bir sıra məscidlər dağıntılara məruz qaldığından biz arxiv materiallarından da istifadə etmişik”.
Leyla Uluxanlı vurğulayıb ki, kitabın müqəddiməsini şahzadə Amin Ağa Xan yazıb.
Kitabın beynəlxalq layihələr üzrə redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. Otuz il ərzində belə bir layihə reallaşdırılmayıb: “Biz bu işlə məşğul olarkən məscidlərin gözəlliyini geniş ictimaiyyətə çatdırmaq istədik. Bu layihə üzərində dünyanın nüfuzlu universitetlərinin, təşkilatlarının aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab bundan sonra fransız və rus dillərində çap olunacaq, həmçinin üç ölkədə - ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək”.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.
Nazir müavini deyib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Tolerantlığın Azərbaycan modelinin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə yürüdülən siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.
Ədalət Vəliyev diqqətə çatdırıb ki, sovet dövründə ölkəmizdə cəmi 17 məscid var idisə, bu gün müstəqil Azərbaycanda 2100-dən çox məscid fəaliyyət göstərir.
Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məscidlərin memarlıq üslubundan söz açaraq bu mənada yeni kitabı zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29

