Teatrlarımız yeni mövsümü açıb
26.09.2017 [10:25]
Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı maraqlı repertuarlarla sevənlərinin görüşünə gəlib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öz 145-ci mövsümünü ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə açıb. Tamaşanın nümayişindən öncə çıxış edən Xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik mədəniyyət ocağının yeni mövsümə çox ciddi hazırlaşdığını deyiblər. Bildirilib ki, teatrın təmir olunmuş yeni səhnələri bu mövsümdən istifadəyə veriləcək. Belə ki, sənətçilər artıq sevimli tamaşaçılarının qarşısına təmir olunmuş yeni səhnələrdə çıxacaqlar.
Tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Səhnə əsəri isə Xalq artisti, Azərbaycan teatrında xüsusi yaradıcılıq dəst-xətti ilə seçilən və uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib, onun yaradıcılığına yaxından bələd olan rejissor Mərahim Fərzəlibəyova həvalə edilib.
Məlumat üçün bildirək ki, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır.
Sənətçilərin ifalarının rəngarəngliyi, səhnə və musiqi tərtibatı, gözoxşayan dekorasiya və aktyorların bir-birindən parlaq geyimləri gecəni unudulmaz edib.
Tamaşada, heç şübhəsiz, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları ön plana çıxmağı bacarıblar.
Tamaşaçılar tərəfindən çox maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə əsərində rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev və başqaları ifa ediblər.
Həmçinin ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) da özünün 90-cı yubiley mövsümünə start verib. Həmin gün teatrın səhnəsində Azərbaycanın görkəmli dramaturqu M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” əsərinin eyniadlı tamaşası nümayiş olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları təbrik ediblər. Direktor çıxışı zamanı diqqətə çatdırıb ki, bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90 illik yubileyinə hazırlaşır. Bu gündən etibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində tamaşaçılarımıza bir hədiyyədir.
Mövsümün açılışı ilə əlaqədar çıxış edən teatrın baş rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev tamaşaçıları teatrın səhnəsində nümayiş olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək yeni mövsümdə həm kollektivə, həm də tamaşaçılara uğurlar arzulayıblar.
Məlumat üçün bildirək ki, sözügedən komediyada Tarverdi və Pərzadın sevgi hekayəsi, Pərzadı dərin məhəbbətlə sevən və onun yolunda ölümə belə hazır olduğunu deyən Bayram və qazanc əldə etmək üçün min cür oyunlar quran Zalxa obrazları və onların düşdükləri komik vəziyyətlər tamaşaçıda xoş ovqat yaradıb və onların həftəsonunu maraqlı keçirmələrinə səbəb olub.
Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə aktyorları alqışlayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

