Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş etdirilib
18.04.2017 [09:16]
Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, musiqişünas-alim və dirijor Əfrasiyab Bədəlbəylinin 110 illiyinə həsr olunmuş “Qız qalası” baletinin tamaşası keçirilib.
Məlumat üçün bildirək ki, “Qız qalası” Azərbaycan milli baletinin ilk nümunəsi olub və 1940-cı il aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib. Qeyd edək ki,”Qız qalası” baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk balet hesab olunur.
Qədim Bakının tarixi mərkəzində, alınmaz qala divarlarının əhatəsində şəhərin əsas rəmzlərindən biri olan Qız qalası haqqında yazılan baletdə “Şoloxo”, “Ay bəri bax”, “Kikican” kimi xalq havalarının əsasında yaradılan emosional rəqslər gecəyə xüsusi rəng qatıb. Ali hisslər yaradan rəqslərin musiqi ilə ahəngi, o cümlədən gözoxşayan dekorasiya və aktyorların bir-birindən parlaq və gözəl geyimləri gecəni unudulmaz edib. Görkəmli sənətkarın qardaşı oğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli də tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı.
Yeri gəlmişkən bildirək ki, dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov olan səhnə əsərində əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Polad) və Əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa ediblər. Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə aktyorları alqışlayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

