“Sənət ocağı” adlı konsert keçirilib
10.03.2017 [09:45]
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Sənət ocağı” adlı muğam və bəstəkar mahnılarından ibarət konsert keçirilib. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində baş tutan konsertdə bədii rəhbər və dirijor Arif Məhərrəmovun rəhbərliyi ilə “Həmahəng” xalq çalğı alətləri orkestri çıxış edib.
Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi” əsərinin ifası ilə başlayıb. Daha sonra Xalq artisti Alim Qasımovun ifasında səslənən “Kor ərəbin mahnısı” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Eyni zamanda, Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Azər Zeynalov, Aygün Bayramova, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Aygün Zeynalova, Lalə Məmmədova, Anar Şuşalı və başqalarının ifasında səsləndirilən xalq və bəstəkar mahnıları gecəyə xüsusi rəng qatıb.
Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən sənətçilərin konsert sonrası fikirlərini öyrəndik. Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov da gecədə çıxış edənlərin sırasında idi: “Bütün orkestr heyəti tələbələrdən ibarət idi. Olduqca uğurlu və maraqlı layihədir. Ümid edirəm ki, istedadlı gənclərimizlə birlikdə səsləndirdiyimiz muğam və bəstəkar mahnıları tamaşaçıların ürəyincə olub. Bu layihə bizim mədəniyyətimizin uğurlu inkişafının göstəricisidir”.
Tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova da gənc musiqiçilərə dəstək olanların cərgəsində öz yerini alıb: “Səhnəyə ilk addımlarını atan gənclərlə birgə konsertdə çıxış etdiyimiz üçün çox qürurluyuq. Onların həyəcan və sevinclərini görməyə dəyər. Tələbələrin hər biri mədəniyyətimizin gələcəyidir. Gecədə əməyi olan yaradıcı və texniki heyətə uğurlar arzu edirəm”.
Azərbaycan Milli Konservatoriyasının “Milli alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov da konsertdən olduqca razı qaldığını bildirib: “İstedadlı gənclərimizin əməyini yüksək qiymətləndirirəm. Yeni dövr gəldikcə alətlərimiz də günün tələblərinə və ustad sənətkarların təfəkkürünə, dünyagörüşünə, qabiliyyətinə əsasən dönüb-dəyişib, bir şəkildən başqa şəklə düşüb. Bütün bunlar xalqın musiqi xəzinəsinin zənginləşməsinə xidmət edir. Biz də çalışırıq ki, gənc və gələcək nəsillərə nəyisə ərməğan edə bilək. Bugünkü konsert də bu ximətlərdən biri idi”.
Qeyd edək ki, proqramda Üzeyir Hacıbəylinin, Hacı Xanməmmədovun, Fikrət Əmirovun və Səid Rüstəmovun əsərləri səslənib.
Müşfiqə BAYRAMLI,
Şahin VERDİYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

