Akademik Milli Dram Teatrı 2017-ci ilə "Ölülər"lə start verdi
02.02.2017 [16:09]
Yeni quruluşda nümayiş olunan səhnə əsəri böyük maraqla qarşılanıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2017-ci ildə teatrsevərləri "Ölülər" tamaşası ilə salamlayıb. Görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Xalq artistinin sözlərinə görə, məşhur "Ölülər" tragikomediyası bədii xüsusiyyətlərinə görə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olub: "Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" komediyası ideya orijinallığı, mövzu zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bədii sənət incisidir. "Ölülər"in ilk tamaşası 1916-cı il aprelin 29-da Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında olub. Səhnə həyatı yaşadığı ilk gündən "Ölülər" böyük maraqla qarşılanıb. Bu gün isə "Ölülər" əsəri yeni quruluşda tamaşaçıya təqdim olunub".
Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Bu dəfə "Ölülər"in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. "Ölülər"dəki komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat və fanatizmlə sağlam düşüncə, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin məhsuludur.
Məlumat üçün bildirək ki, tamaşada görkəmli bəstəkar Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
Tamaşadan sonra izləyicilərin də fikirlərini öyrənməyə çalışdıq. Teatrsevər Mehriban Abdullayevanın sözlərinə görə, 2017-ci ilin ilk tamaşası uğurlu olub: "Azərbaycan klassik ədəbiyyatının ən görkəmli əsərlərindən biri olan "Ölülər" tragikomediyasının yenidən Milli Dram Teatrında tamaşaya qoyulması teatr aləmində önəmli hadisədir. Şeyx Nəsrullahı canlandıran Nurəddin Mehdixanlı obraza yeni çalar qatmağı bacarıb. Kefli İsgəndəri oynayan Anar Heybətov isə cavan olmağına baxmayaraq, rolunun öhdəsindən gələ bilib. Mən xüsusi olaraq, İsgəndərin atası Hacı Həsən rolunu canlandıran Kazım Abdullayevin ifasını bəyəndim. Tamaşaçı kimi onun oyunundan zövq aldım. Jest və mimikalarına, səs diapazonuna heyran qaldım. Xüsusilə də, qəbiristanlıq səhnəsindəki çıxışı, 9 yaşlı qızının siğə edilməsinə razılıq verməsi, o cümlədən qardaşının ruhunu hiss etməsi anını birəbir izləyicilərə aşılamağı bacardı. Cahil, bədbəxt, eyni zamanda, əlacsız Hacı Həsəni heç vaxt unutmayacağam. Bu obraz bir çox gerçəkliyin aynasıdır".
Əli Məcidov isə tamaşanın final səhnəsindən təsirləndiyini deyir: "Çox gözəl tamaşa idi. Aktyorların oyunu, əsərin quruluşu, hər şey çox uğurlu alınıb. Hiss olunur ki, aktyorlar bu tamaşa üzərində aylarla işləyiblər. Şeyxin qarşılanması, xüsusilə də finalda diri "Ölülərin" yerin altına girməsi məqamı tükürpədici idi".
Səhnə əsərində digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli və başqaları ifa ediblər.
Qeyd edək ki, xronometrajı 130 dəqiqə olan səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

