Bakıda “Anadolu rəngləri” adlı konsert keçirilib
24.12.2016 [11:21]
Dekabrın 23-də Heydər Əliyev Sarayında “Anadolu rəngləri” adlı konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Vətən torpağının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə söykəndiyini deyib.
Tarixin mürəkkəb və çətin mərhələsindən keçdiyimizi vurğulayan H.Babaoğlu bildirib ki, bu mərhələ millətlərin iradəsinin tarix qarşısında bir sınağıdır. O, əminliklə qeyd edib ki, bütün bu çətin proseslərə baxmayaraq qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq.
Konsert proqramı barədə danışan Milli Məclisin deputatı vurğulayıb ki, belə bir mədəniyyət hadisəsinin baş tutması, Anadolu rənglərinin Azərbaycanda nümayiş olunması xüsusi bir missiya daşıyır. Anadolunun zəngin mədəniyyətə sahib olduğunu söyləyən deputat diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə mədəniyyəti həm eyni mənbədən qaynaqlanır, həm də coğrafi baxımdan bir-birini tamamlayır.
Çıxışına Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirərək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bugünkü tədbirin iki qardaş ölkənin birliyini nümayiş etdirdiyini deyib.
Çıxışlardan sonra konsert proqramı başlayıb.
“Anadolu rəngləri” adlı konsert proqramında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi incəsənət idarəsinin nəzdindəki İstanbul Tarixi Türk Musiqi Cəmiyyətinin, Mehtər Qrupunun, Dövlət Xalq Rəqsləri Cəmiyyətinin, Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin, Konya Türk Musiqisi Cəmiyyətinin, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor ansambllarının sənətçiləri eyni səhnədə çıxış ediblər.
Konsertdə tamaşaçılar mədəniyyətlərin beşiyi olan Anadolunun mehtər marşlarından türk xalq musiqisinə, xalq rəqsləri nümunələrindən klassik türk musiqisi nəğmələrinə, təsəvvüf musiqisindən türk dünyası musiqi nümunələrinədək geniş bir repertuarı dinləmə fürsəti əldə ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

