Azərbaycanla Misir arasında mədəniyyət və təhsil əlaqələri daha da inkişaf edir
08.11.2016 [09:55]
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi noyabrın 2-si və 3-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Misirli diplomat əvvəlcə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyində olub. Muzeyin direktoru Ramil Orucəliyev qonağa muzeyin yaranma tarixindən, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin böyük həyat yolundan söz açıb. Ümummilli liderə məxsus saxlanılan əşyalarla, şəkillərlə tanış edərək onlar haqqında geniş məlumat verib.
Daha sonra Ə.S.Elaydi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ilə görüş keçirib. Görüşdə Misir və Azərbaycan mədəni əlaqələrinin daim yüksək səviyyədə olduğu qeyd edilib və əlaqələrin inkişafında Muxtar Respublikanın rolunun vacibliyi vurğulanıb. Tərəflər arasında Naxçıvan Muxtar Respublikasında birgə layihələrin həyata keçirilməsi, Naxçıvanın adət-ənənələrinə və milli folkloruna aid tədbirlərin Misirdə keçirilməsi, eləcə də Misirin tarixi və mədəniyyəti haqqında tədbirlərin Muxtar Respublikada təşkil olunması barədə, həmçinin Misirdə keçirilən beynəlxalq film festivallarında iştirak məsələləri müzakirə olunub. Tanışlıq və əməkdaşlıq xarakteri daşıyan görüşdə həmçinin Azərbaycanla Misir arasında təhsil sahəsində bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən misirli tələbələrin MR-də təhsil almalarını və gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi, təhsil müəssisələrində Azərbaycan-Misir dostluğu barədə mühazirələrin və sərgilərin keçirilməsi mövzusunda danışıqlar aparılıb.
Diplomat həmçinin AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevlə görüşüb. Tərəflər arasında Misir-Azərbaycan təhsil əlaqələrinin inkişafı, qarşılıqlı əməkdaşlıq çərçivəsində misirli alimlərin Bölmə ilə yaxından tanışlığı, Misirdə keçirilən beynəlxalq elmi konfranslarda MR alimlərinin, eləcə də Naxçıvan Muxtar Respublikasında keçirilən konfranslarda misirli alimlərin iştirakının, qarşılıqlı olaraq elm adamlarının hər iki ölkədə nəşr olunan elmi jurnallarda məqalələrinin çap olunmasının təşkili, Misirlə əlaqədar aparılan tədqiqat işlərində yaxından kömək göstərilməsi, habelə Misirdə Naxçıvanla bağlı əlyazmaların surətlərinin əldə olunması barədə məsələlər müzakirə olunub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

