Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının təqdimatı olub
25.06.2016 [13:42]
İyunun 24-də Azərbaycanın Belarusdakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Belarus dilində nəşr olunmuş şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, bu kitabın çapına qədər Leyla Əliyevanın Belarus dilinə tərcümə olunmuş şeirləri ölkənin müxtəlif ədəbi qəzet və jurnallarında (“7 dney”, “Lіtaratura і Mastaütva” (“Literatura i iskusstvo”), “Kulğtura”, “Polımə”) dərc edilib.
Leyla Əliyevanın şeirlərini rus dilindən Belarus dilinə belaruslu gənc şairə, tərcüməçi, Belarus Yazıçılar İttifaqının üzvü Tatyana Siveç tərcümə edib. Onun tərcümələrindən sonra Leyla Əliyevanın şeirləri Belarus ictimaiyyətində tanınıb və hazırda sevilə-sevilə oxunur. Məhz Belarus xalqının getdikcə artan həvəsi və istəyi Leyla Əliyevanın şeirlərinin kitab şəklində işıq üzü görməsi ideyasını doğurub.
“List” (“Yarpaq”) kitabının səfirliyin təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində Belarusun ədəbi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun fəal üzvləri və Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə çıxış edərək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də münasibətlərin inkişaf etdiyini bildirib. O, Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının çap olunmasını bu istiqamətdə uğurlu addım kimi dəyərləndirib.
Kitabın tərcüməçisi, gənc şairə Tatyana Siveç çıxışında Leyla Əliyevanın şeirlərini yüksək qiymətləndirib. O, bu şeirlərin tərcüməsi zamanı göstərilən köməyə görə Azərbaycanın Belarusdakı səfirliyinin kollektivinə təşəkkürünü bildirib.
Mərasimin sonunda azərbaycanlı tələbələr Leyla Əliyevanın Belarus dilində şeirlərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56

