Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında hazırlanmış tamaşanın Avropa premyerası olub
18.05.2016 [10:06]
Tamaşa İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival çərçivəsində təqdim edilib
Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar mayın 9-dan 26-dək İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival keçirilir. Festival çərçivəsində mayın 14-15-də Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Elçinin “Şekspir” pyesinin italyan dilində Avropa premyerası olub. Tamaşa “L`Arte Del Teatro” tərəfindən təqdim edilib.
Azərbaycanın İtaliya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Cianpiero Borciadır. Pyesi italyan dilinə Marqerita Kristiana tərcümə edib.
Premyeradan əvvəl çıxış edən Cianpiero Borcia Azərbaycanın görkəmli yazıçı-dramaturqu Elçinin bu pyesini yüksək qiymətləndirdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, “Şekspir” pyesi əsasında hazırlanan tamaşa orijinallığı ilə seçilir.
“Azərbaycan zəngin mədəni irsi olan ölkədir. Premyeranın məhz bu möhtəşəm qalada keçirilməsi bir qədim ölkədən digər qədim ölkəyə aparan yollar, pəncərə kimi xarakterizə olunmalıdır. Elçinin bu pyesini çox sevirəm. Müəllifin çox yaxşı metafor duyumu var. O, əsərlərini zəngin poetik hissləri ilə qələmə alır”, - deyə Cianpiero Borcia qeyd edib.
Fərqli quruluşda, ənənəvi səhnə-zal formatından kənar, interaktiv formatda, tamaşaçı ilə birbaşa təmasda nümayiş etdirilən bu səhnə əsəri böyük maraq doğurub. Rolları Cuido Silveri, Cianluca Kastellano, Françesko Persiko, Valentina Caiano və başqa tanınmış aktyorlar ifa ediblər. Tamaşanın özünəməxsusluğu bir də onda idi ki, burada Traninin rəmzi sayılan bu qədim qalanın bütün məkanlarından istifadə olunub.
Yazıçı-dramaturqun qızı Günay Əfəndiyeva tamaşa ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu səhnə əsəri Azərbaycanın zəngin ədəbi irisinin dünyada tanıdılması istiqamətində atılan mühüm addımlardan biri sayıla bilər. Bu, eyni zamanda, İtaliyanın mədəniyyət aləmində əlamətdar hadisələrdən biri oldu.
Xatırladaq ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub. Tamaşaçı rəğbəti qazanmış bu səhnə əsəri dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına özünəməxsus töhfə verib. Tamaşanın Avropa premyerası İtaliya mətbuatında geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

