Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub
22.04.2016 [10:13]
Aprelin 21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Yetmiş illik sovet rejiminin nəticəsi idi ki, ölkəmizdə kitabxanalarda ermənilər tərəfindən törədilmiş bu hadisələrə aid sənəd tapılmırdı.
Bildirilib ki, xalqımızın başına gətirilən faciələrin tarixini araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra mümkün olub. Alimlərimiz dünya arxivlərindən tapdıqları materiallar əsasında kitablar hazırlayıb. Kərim Tahirov Tarix İnstitutunun tarixi faktlar əsasında bu hadisələrə aid çoxlu sayda kitablar çap etdirməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, arxiv sənədləri əsasında hazırlanan bu kitabda yer alan materialların əksəriyyəti Tarix İnstitutunun əməkdaşlarının məqalələridir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xalqımızın XX əsr ərzində dörd dəfə deportasiyaya məruz qaldığını vurğulayaraq bildirib ki, vaxtilə müstəqil dövlətimiz olmadığı üçün bu faktları beynəlxalq ictimaiyyətə çatdıra bilməmişik. Müstəqilliyimizi bərpa etdikdən sonra bu istiqamətdə ciddi işlər görülür. Bu sahədə aparılan elmi tədqiqatlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir. O söyləyib ki, Tarix İnstitutunun apardığı məqsədyönlü iş təqdirəlayiqdir.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları həyata keçirildiyini bildirib. Qeyd olunub ki, böyük dövlətlərin köməyi ilə qəsbkar ermənilər Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünülərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci ilin mayında İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Kütləvi soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.
Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini qeyd edən Y.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, bədnam qonşularımızın torpaqlarımızda, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi qanlı faciələri xatırladıb.
Y.Mahmudov azərbaycanlılara qarşı törədilən soyqırımları ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, Tarix İnstitutunda bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər reallaşdırılır. Son illərdə institutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları ilə bağlı materialları əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər.
Azərbaycan Respublikasının hərbi prokurorunun müavini Rasim Kazımov kitabın arxiv sənədləri üzərində aparılmış elmi-tədqiqat işlərinin nəticəsi olaraq ərsəyə gəldiyini söyləyərək bu baxımdan nəşrin böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, kitabın yazılmasında arxiv materialları ilə yanaşı, Hərbi Prokurorluqda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan fotosənədlərdən də istifadə edilib. O, törədilmiş soyqırımı hadisələri ilə əlaqədar aparılan cinayət işlərindən də danışıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatları - Fəzail İbrahimli, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov kitabın elmi məqalələrlə yanaşı, arxiv sənədləri, faktlarla da zəngin olduğunu söyləyiblər.
Qeyd edək ki, Tarix İnstitutu elmi şurasının qərarı ilə nəşr olunan kitabın layihə müəllifləri bu elm müəssisəsinin direktoru Y.Mahmudov və Azərbaycan Respublikasının hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

