Braziliyada Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib
15.04.2016 [10:18]
Aprelin 6-11-də Brazilia şəhərində yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi, həmçinin “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.
Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.
Aprelin 7-də paytaxt Braziliada Braziliya Bankının Mədəniyyət Mərkəzində həmin sənədli filmin təqdimatı keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu və filmin çəkilməsində məqsədin Azərbaycan xalqının faşizm üzərində Qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək, eyni zamanda, bu tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edib. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.
Səfir E.Sultanov çəkilişləri 14 ay davam edən bu sənədli filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırıldığını və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxıldığını vurğulayıb.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, qaçqın böhranı və digər neqativ halların davam etdiyini söyləyərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O, həmçinin son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və törədilən təxribatlar barədə məlumat verib.
Çıxışın sonunda səfir bu filmin tarixdən ibrət dərsləri çıxarılmasının əhəmiyyəti baxımından, həmçinin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

