Paskal Konte və “Səyyah kvartet” konsert proqramı ilə Heydər Əliyev Mərkəzində
13.04.2016 [09:53]
Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte və “Səyyah kvartet”in konserti keçiriləcək. “Latın inciləri” adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq. Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.
Akkordeon ustası Paskal Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır. Paskal Konte Luçano Berio, Bernard Kavanna, Coşua Faynberq (ABŞ), Jan Franse, Bruno Mantovani və Martin Matalon (Fransa) kimi bəstəkarlarla çalışıb. Paskal Konte, həmçinin teatr üçün musiqilər bəstələyib.
“Səyyah kvartet”in üzvləri - An Qravuan, Matild Sterna, David Braçini və Vinsan Paskie çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.
Skripkaçı An Qravuan Parisin Musiqi Konservatoriyasının əsas mükafatına layiq görülüb. 1986-cı ildə Veronik Fizman ilə birgə skripka və piano üçün “Sans Tambour ni Trompette” adlı sonata bəstələyib. An Qravuan 25 ildən artıqdır ki, böyük simfonik, eləcə də kiçik kamera orkestrləri ilə birgə konsertlər verir.
Violonçel ifaçısı Matild Sterna Paris Milli Konservatoriyasının violonçel və kamera musiqisi üzrə əsas mükafatına layiq görülüb. Səhnədə bir çox tanınmış musiqiçiləri müşayiət edən ifaçı, həmçinin albomların yazılmasında iştirak edir, teatr üçün musiqilər bəstələyir, kvartetlər üçün simli alətlər üzrə aranjimanlar edir.
Skripkaçı David Braçini Bastiya, Paris və Lozanna konservatoriyalarında təhsil alıb. 1996-cı ildən 2000-ci ilədək Avropa İttifaqı Kamera Orkestrinin üzvü olub və dünyanın müxtəlif ölkələrində çıxış edib. O, müxtəlif ansamblların tərkibində ifa edir. David Braçini 2008-ci ildən Paris Orkestrinin üzvüdur.
Kontrabas ifaçısı Vinsan Paskie də Paris Orkestrinin solistidir, həmçinin bəstəkar kimi fəaliyyət göstərir. Paris Milli Konservatoriyasının əsas mükafatına layiq görülüb. O, Finlandiya, Niderland, Norveç, İspaniya, İtaliya, Şimali Koreya, ABŞ və Fransada solo konsertlər verib və ustad dərsləri keçib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

