/ / “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması ilə bağlı tədbirlərin icrası müzakirə olunub
“Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması ilə bağlı tədbirlərin icrası müzakirə olunub
15.12.2015 [10:31]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlərin icrası müzakirə olunub.
Müşavirədə əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət müşaviri bildirib ki, bu günlər bütün Azərbaycan xalqının, ölkəmizin xaricdəki dostlarının qəlbində Ulu öndər ağrısı, sızıltısı var. Bütün təşkilatlarda, o cümlədən Multikulturalizm Mərkəzində, Bilik Fondunda və Bakı Slavyan Universitetində anım tədbirləri keçirilib: “Ulu öndərin ən böyük arzularından biri Azərbaycanda yaşayan müxtəlif etnik qrupları, bir-biri ilə yüksək səviyyədə qurulmuş dostluq, qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək idi. Bu gün bunu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində həyata keçirir. Ümummilli lider Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına çox böyük diqqət ayırırdı və onların öyrənilməsinin bugünkü nəslin tərbiyəsində, azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğuna inanırdı. Ümummilli liderin layiqli və mənəvi davamçısı Prezident İlham Əliyev bu istiqamətdə ciddi və dəqiq addımlar atmaqdadır. Bu addımlardan biri də xalqımızın mənəvi dəyəri olan, təkcə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olan “Kitabi Dədə-Qorqud” dastanının öyrənilməsi ilə bağlıdır.
Ulu öndərin bu qaynağa, bu mənəvi mirasa ciddi və son dərəcə tələbat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxarıb. Prezident İlham Əliyev “Kitabi Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar Sərəncam imzaladı və həmin Sərəncamda Azərbaycan dastanının bütün dünyaya tanıdılmasını imzası ilə təsdiq etdi. Sərəncamdan irəli gələrək il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, “dəyirmi masa”lar təşkil edilib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan “Kitabi-Dədə Qorqud” dastanının dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud”un Azərbaycan xalqına məxsusluğunu və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd edilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib.
Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif bölgələrində konfranslar keçirdiklərini söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Sərəncamın əhəmiyyətindən və təmsil etdikləri təşkilatların həyata keçirdikləri tədbirlərdən danışıblar.
Müşavirənin sonunda “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

