Türk sözünün möhtəşəm abidəsi - “Kitabi-Dədə Qorqud”
07.11.2015 [10:25]
Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” adlı beynəlxalq simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.
Sipoziumda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, beynəlxalq simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
İsa Həbibbəyli bütün türk dünyasının həmişəyaşar abidəsi sayılan “Kitabi-Dədə Qorqud” eposunun əsrlərdən bəri milli-mənəvi varlığımızın tərkib hissəsinə çevrilməsindən söz açaraq bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Akademik vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında” Fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalamaqla, həm də tarixi irsin qorunub saxlanmasında və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsini diqqətə çatdıran natiq, abidənin tədqiqat tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin milli ruhda tərbiyə olunmasına yönələn qayğının nəticəsidir.
Vurğulanıb ki, bu yaxınlarda Türkiyədə və Naxçıvanda bu istiqamətdə beynəlxalq simpoziumlar keçirilib, ilin sonunadək bu iş davam edəcək.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamını yüksək qiymətləndirərək bu tarixi sənədin azərbaycançılığın və türkçülüyün beynəlxalq aləmdə daha geniş tanıdılmasına xidmət etdiyini söyləyib.
Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin Bilik Fondu ilə birlikdə “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı respublikanın müxtəlif rayonlarında müxtəlif mövzulu tədbirlərin təşkil olunmasını diqqətə çatdıran Dövlət müşaviri qeyd edib ki, ümumilikdə müvafiq mövzu ilə əlaqədar Azərbaycan alimlərinin 50-dək mühazirəsi dinlənilib, 100-dək orta ümumtəhsil məktəbində “Kitabi-Dədə Qorqud” mövzusunda inşa müsabiqələri keçirilib.
Kamal Abdullyev “Kitabi-Dədə Qorqudu”un bir neçə dilə çevrilməsindən və bir sıra dillərdə nəşr olunmasından danışaraq, yaxın vaxtlarda bu istiqamətdə görüləcək işlərin daha da inkişaf etdiriləcəyini vurğulayıb.
Daha sonra Türkiyənin Ərdəhan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov və başqaları “Kitabi-Dədə Qorqud” dastanının xüsusiyyətləri, aparılan tədqiqatlar, görülən və görüləcək işlər barədə danışıblar.
Simpozium iki gün davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

