/ / Azərbaycanın mədəniyyət və turizm naziri İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransında çıxış edib
Azərbaycanın mədəniyyət və turizm naziri İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransında çıxış edib
03.11.2015 [10:01]
Noyabrın 2-də Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Omanın irs və mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid çıxış edərək İslam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək verməkdən məmnunluqlarını ifadə edib.
İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri konfransda iştirak edən 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasına daha böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb. O, son zamanlar dünyada gedən islamafobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat verib, həmçinin tədbir iştirakçılarını Azərbaycan paytaxtına dəvət edib. Son illərdə İslam ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Azərbaycan paytaxtında çoxsaylı tədbirlərinin təşkilini xatırladan nazir 2016-cı il aprelin 25-dən 27-dək Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə də məlumat verib.
Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü ilə təməli qoyulan “Bakı Prosesi” və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etməsi barədə geniş nitq söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant ölkə nümunəsini dünyaya çox düzgün formada əyani şəkildə göstərməkdədir.
Nazir, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında da iştirakçılara geniş məlumat verib.
Mədəniyyət və turizm naziri tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırıb və bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 4-dək davam edəcək konfrans çərçivəsində Əbülfəs Qarayevin bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

