/ / Şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış şeirlər kitabının Milanda təqdimatı keçirilib
Şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış şeirlər kitabının Milanda təqdimatı keçirilib
14.07.2015 [09:54]
Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçı Pərvin, Xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.
Tədbiri açan Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır. Vurğulanıb ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo 2015” beynəlxalq sərgisindəki bu ölkənin pavilyonu vasitəsilə Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yarandı.
Azərbaycanın dostu, italyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, o cümlədən, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Davide Qualtieri çıxış edərək Azərbaycanın mədəniyyətindən və incəsənətindən, kitabın mədəni əlaqələrimizə mühüm töhfə verəcəyindən danışıb. Bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcid kimi istedadlı və mahir bir ədibin yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.
Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğam səslənib. Tədbir boyu Azərbaycan və İtaliya musiqilərinin sintez şəkildə müşayiəti ilə Rəşad Məcidin həm Azərbaycan, həm də italyanca səslənən şeirləri tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin, Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın sevilən şairi Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.
Tədbirdə çıxış edən İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm və etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.
Bildirilib ki, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı və genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan və izlər salan, jurnalistika və publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə öz möhürünü vurub. O deyib: “Fikrimcə, bu görüş və təqdimatına yığışdığımız kitab İtaliya Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın və ədəbi-mədəni əlaqələrimiz genişlənsin”.
Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən italyan dilinə çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. “Treditre” nəşriyyat evində çapdan çıxan kitab D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqqında essesi verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

