YARAT Müasir İncəsənət Mərkəzindən nadir imkan: muzeydə qeyri-adi gecə
05.06.2015 [10:05]
İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə gecə” adlı tədbir keçiriləcək.
“Muzeydə gecə” hər il keçirilən qeyri-adi aksiyadır və 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində təşkil olunur.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, keçiriləcək. Qonaqlar muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla yanaşı, müasir muzeyin təhsil və fəal istirahət üçün geniş imkanları ilə də tanış olacaqlar. Tədbir səhər saat 11-də başlayıb gecəyədək davam edəcək.
“Muzeydə gecə”nin proqramı da maraqlı olacaq. Açıq səma altında peşəkar mütəxəssislər Həmid Elsevər Həmidzadə və “Yoga Shahi” studiyasından İrina Berezina tərəfindən yoqa dərsləri keçiriləcək. “Zumba” rəqs dərsini “Harmony” studiyasının təsisçisi və Latın Amerikası rəqsləri üzrə ikiqat Azərbaycan çempionu Fərid Mehdiyev təqdim edəcək. Baş aşpaz, “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylinin kulinariya üzrə ustad dərsi də tədbir iştirakçıları üçün maraqlı olacaq. Tarixi və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirlərini maraqlı bir dillə danışan Fuad Axundov ilə görüş təşkil ediləcək. Gənc peşəkarlar və həvəskarlar sənətşünaslıq üzrə fəlsəfə doktoru və YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev, rəssam Çingiz Babayev və sənətşünas Cahangir Səlimxanovdan müasir incəsənətlə bağlı ekspert məsləhətləri ala biləcəklər. Art-terapiya seansı beynəlxalq təcrübəyə malik olan psixoloq Elizabet Brandolini tərəfindən keçiriləcək. Tədbir çərçivəsində, həmçinin “BakuVelo” həvəskar velosipedçilər və “Shark Head” klubları tərəfindən velotur yürüşü və şousu təşkil olunacaq. Tədbir iştirakçıları “Hədiyyə mağazasından çıxış” filmini, habelə “ABanndonAir” gənc rok qrupunun performansını izləyəcək, DJ Pançonun musiqi nömrələrindən və kokteyl gecəsindən zövq alacaqlar.
Tədbirə və ona daxil olan bütün təlimlərə giriş sərbəstdir, lakin kulinariya və art-terapiya ustad dərslərində iştirak etmək üçün öncədən müraciət edib yazılmaq lazımdır. Bunun üçün (012) 505 14 14 nömrəyə zəng vurmaq, https://www.facebook.com/events/1596805340587431/ səhifəsinə və ya info@yarat.az ünvanına bildiriş göndərmək kifayətdir. Əlavə məlumatı YARAT Müasir İncəsənət Məkanının PR meneceri Cəmilə Orucovanın elektron poçtuna yazmaqla Jamila.o@yarat.az öyrənmək olar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

