Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi açılacaq
10.04.2015 [10:01]
Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq.
Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. “Müasir incəsənət sərgiləri bu gün cəmiyyətin mədəni həyatında maraqlı mövzulardan biri kimi yer alır. İnsanların müasir incəsənətə olan marağının artmasına baxmayaraq, bəzən yeni ideya axtarışları, əsərin yaradılmasında orijinal yanaşma, özünəməxsus tərz formalaşdırmaq istəyi ilə fərqlənən yaradıcı insanların fəaliyyəti ictimaiyyət tərəfindən birmənalı qəbul edilmir. Belə rəssamlardan biri, ətrafında baş verənlərə istehzalı münasibəti ilə tanınan, yaradıcılığı məna cəsarəti ilə seçilən, müasir incəsənətin ən xarizmatik nümayəndələrindən biri olan Vim Delvuadır”, - deyə Leyla Əliyeva qeyd edib.
Leyla Əliyeva bildirib ki, incəsənət vurğunlarına müxtəlif ölkələrin mədəni həyatının ən parlaq hadisələrini görməyə şərait yaradan Heydər Əliyev Mərkəzində ziddiyyətli, bəzən hətta qalmaqallı yaradıcılığı ilə şöhrət qazanmış Vim Delvuanın əsərlərinin sərgisinin keçirilməsi tamaşaçılara dövrümüzün ən tanınmış neokonseptualistinin əsərləri ilə yaxından tanış olmağa əvəzsiz şans verir. “Siz bədii dilin müxtəlifliyi və özünəməxsus kompozisiyası ilə səciyyələnən valehedici sənət nümunələrinin əhatəsində olacaqsınız. Əminəm ki, Vim Delvua yaradıcılığının heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır”, - deyə Leyla Əliyeva qeyd edib.
Vim Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O, 1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət kontekstində təqdim edərək özünəməxsus əsərlər yaradır. Rəssamın psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. V.Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır.
Vim Delvuanın indiyə qədər Luvr Muzeyində, Parisin Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət Muzeyində, Nyu-York Yeni Muzeyində, Lion Müasir İncəsənət Muzeyində, Venesiyanın Peqqi Quqqenhaym Muzeyində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə Venesiya Biennalesinin, 1992-ci ildə isə Almaniyanın Kassel şəhərində keçirilmiş “Documenta IX” sərgisinin iştirakçısı olub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

