YARAT Müasir İncəsənət Məkanı “Müasir?” (“Contemporary?”) adlı rəqs performansını təqdim edəcək
07.04.2015 [10:00]
YARAT Müasir İncəsənət Məkanı və Litvanın “Arts Printing House” Mərkəzi böyük məmnuniyyətlə birlikdə “Müasir?” (“Contemporary?”) adlı performansı təqdim edəcəklər. Artıq “Qızıl səhnə xaçı” ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Aprelin 15-də isə performans ifaçılarından biri olan Agne Ramanauskaite tərəfindən rəqs məşğələsi də keçiriləcək.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, ilk tamaşası “Arts Printing House” Mərkəzində 2013-cü ildə baş tutmuş bu 60 dəqiqəlik əsər Litvanın müasir rəqs mənzərəsini hədəfə alaraq, rəqs, xoreoqrafiya və səhnələşdirmə prosesinin daxilindən həmin mövzuya nəzər salır. Yumor və fiziki hərəkətlər vasitəsilə “Contemporary?” performansı tamaşaçılar qarşısında “bu günün müasir rəqsi nədir?”, “onun səhnələşdirməsi necə olmalıdır?”, bir də özünə qarşı istehza ilə səslənərək “rəqsi anlamaq tamaşaçının nəyinə lazımdır?” kimi suallar qoyur.
Əsər üzərində düşünərək ona quruluş verib ifa edənlər 16 il ərzində 30-dan artıq səhnə obrazı yaratmış adlı-sanlı Litva rəqqası və xoreoqrafı Mantas Stabacinskas, litvalı rəqqasə, aktrisa və pedaqoq, Litva Teatr və Musiqi Akademiyasının məzunu Agne Ramanauskaite və litvalı rəqqas, aktyor, 2010-cu ilin “Ən yaxşı gənc aktyor” teatr mükafatının nominantı Paulius Tamoledir. “Contemporary?” performansı artıq beynəlxalq miqyasda da təqdim olunub, o cümlədən Almaniya və Estoniya kimi ölkələrdə nümayiş etdirilib.
Agne Ramanauskaitenin aprelin 15-də keçəcəyi rəqs məşğələsi tələbələrin təbii və ixtiyarsız hərəkət hissini gücləndirməli, “rəqs lüğəti”ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarını öyrətməlidir.
Aprelin 14-də təqdim olunacaq performans üçün biletləri Rus Dram Teatrından əldə etmək olar. Aprelin 15-də keçiriləcək rəqs məşğələsi isə peşəkar rəqqaslar və aktyorlar üçün nəzərdə tutulub. İştirak barədə məlumat info@yarat.az ünvanına göndərilməklə öncədən təsdiqlənməlidir.
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatı olub Aida Mahmudova və bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. Təşkilat Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, onun ölkə daxilində və beynəlxalq aləmdə təbliği ilə məşğuldur.
YARAT tərəfindən indiyədək əksəriyyəti Bakıda təşkil olunmuş 120-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, müsabiqələrdən, mühazirə və praktiki məşğələlərdən ibarətdir. 2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilib. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür. YARAT, həmçinin Bakıda açıq havada düzənlənən iki Pablik-Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. 2014-cü ildə yay məktəbi təşkil olunub, eləcə də yeni bir binası istifadəyə verilib. Həmin binada rəssam emalatxanaları və “art-rezident” proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı incəsənətə meyil göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləməyə imkan yaradır.
2015-ci ilin martında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə yeridir. Üzü Xəzər dənizinə açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərləri də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların, eləcə də Azərbaycan ilə səsləşən əsərlər yaratmış dünya şöhrətli rəssamların işlərindən ibarətdir.
YARAT-ın beynəlxalq layihələrindən isə 55-ci Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirakı qeyd etmək lazımdır. Bu il YARAT 56-cı Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirak edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24

