Almaniyada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində daha bir tədbir keçirilib
30.10.2014 [09:53]
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Tədbir Hannover Konqres Mərkəzində keçirilib. Səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir, həmçinin ölkəmizin sürətli inkişafı, zəngin musiqi ənənələrindən danışıb, Azərbaycanın konservatoriyası kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.
Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb.
Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib.
Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.
Tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, o cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover merinin müavini Tomas Herrmann, Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi İcmasının sədri Mixael Fürst iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

