/ / Heydər Əliyev Mərkəzində 67-ci Kann kinofestivalının əsas proqramına daxil edilən doqquz qısametrajlı filmi nümayiş olunacaq
Heydər Əliyev Mərkəzində 67-ci Kann kinofestivalının əsas proqramına daxil edilən doqquz qısametrajlı filmi nümayiş olunacaq
04.10.2014 [10:34]
“Buta” İncəsənət Mərkəzi “Film Delicatessen” çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən Azərbaycan istehsalı olan “Sonuncu” (“The Last one”) filminin premyera nümayişini təqdim edəcək.
“Buta” İncəsənət Mərkəzindən AzərTAc-a bildiriblər ki, təqdimat oktyabrın 24-də Heydər Əliyev Mərkəzində olacaq.
“Buta” İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradacaq.
Həmin gün “Execution” (Macarıstan-Rumıniya), “Yes we love” (Norveç), “The invisible spaces” (Gürcüstan), “Aissa” (Fransa), “Leidi” (Böyük Britaniya-Kolumbiya), “Crocodile” (Böyük Britaniya), “Skunk” (ABŞ), “Sonuncu” (The Last one), (Rusiya-Azərbaycan) qısametrajlı filmləri nümayiş olunacaq.
Ümumilikdə 128 ölkədən 3450 filmin göndərildiyi 2014-cü ildə keçirilmiş Kann kinofestivalı Azərbaycan üçün xüsusi olub. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Films” şirkəti və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Sonuncu”nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb və nəhayət öz vətənində də tamaşaçısını tapacaq.
“Sonuncu” (“The Last One”) quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.
Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o tənha deyildi. Dəhlizdə köhnə soyuducu səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi və o, hər axşam ölmək üçün yatağına uzanırdı. Səhər yuxudan oyanarkən o yavaş addımlarla soyuducunun yanına gedirdi. Soyuducunu yaxşı həmsöhbət adlandırmaq olmazdı - o gah yerində titrəyir, gah uğuldayır, gah da birdən-birə sözünü tamamlamamış susurdu. Amma, hər nə qədər olsa da, o qoca üçün ailəsini və dostlarını əvəz edirdi.
Sonuncu gün adi başlamışdı. Qoca yuxudan oyandı və eyvana getdi. Ancaq soyuducu artıq canını tapşırmışdı...
Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Şabran şəhərində, Sura kəndində aparılıb.
Filmdə baş rollarda azərbaycanlı aktyorlar - İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
“Sonuncu” sadəcə film deyil. “Sonuncu” filmi rusiyalı və azərbaycanlı gənc prodüserlərin - Mariya İvanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir. 80-dən çox film və dövri verilişlər çəkib və efirə təqdim edib, sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar və dərhal da Kann kinofestivalının iştirakçısı olublar.
“Buta films” kino şirkəti - “Buta” İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır.
Cari ilin may ayından etibarən “Sonuncu” filmi planetin böyük festivallarında iştirak edir. San-Paoloda (Braziliya) keçirilən qisametrajlı filmlərin beynəlxalq kinofestivalında “Sonuncu” 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olunub.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

