/ / Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir
14.02.2014 [09:17]
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
Fonddan AzərTAc-a bildiriblər ki, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam edəcək.
Konfrans Strasburq şəhərinin Rin sarayında 3 ay ərzində (19 noyabr 2013-19 fevral 2014) təşkil edilmiş “XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı” sərgisinin yekun mərhələsində keçiriləcək.
Fransanın Alzas regionunun mədəniyyət məsələləri üzrə direktoratının baş direktoru Alain Hauss, Strasburq Milli və Universitet Kitabxanasının inzibatçısı Albert Poirot kimi qonaqların qatılacaqları konfransda Strasburq Milli və Universitet Kitabxanasının əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin “Nizami Strasburqda”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Michael Barry “Nizami Gəncəvi-könül şairi” mövzularında çıxış edəcəklər.
Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı”, “Hötenin və Nizaminin şərqşünaslığı”, “Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin “Yeddi gözəli”, “Nizami Gəncəvi-bütün zamanların və bütün məkanların şairi” mövzularında məruzələri dinləniləcək.
Layihə çərçivəsində ötən ilin noyabrın 12-də Parisin Əlyazmalar və Məktublar Muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub. Mədəni-kütləvi tədbirlər ötən il noyabrın 19-da Strasburqda davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

