“Qremmi” mükafatı laureatı Di Di Bricuoter Heydər Əliyev Mərkəzində konsert verib
13.02.2014 [09:34]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub
Fevralın 12-də məşhur caz ifaçısı, üç qat “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoter Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert verib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.
AzərTAc xəbər verir ki, səhnəyə çıxan məşhur caz ifaçısı Di Di Bricuoter Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı salamlayıb.
Məşhur caz ifaçısı Azərbaycanda ilk dəfə olduğunu, paytaxt Bakının gözəlliyinə heyran qaldığını bildirib. O, Heydər Əliyev Mərkəzinin nadir arxitektura nümunəsi olduğunu qeyd edib və belə bir gözəl məkanda konsert verməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.
Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.
Di Di Bricuoter ilk peşəkar addımlarını əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində atıb və ötən əsrin 70-ci illərində məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış edib.
1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb.
1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella” albomu iki “Qremmi” mükafatına layiq görülüb. Onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu da “Qremmi” alıb.
Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülüb.
Məşhur caz ifaçısının Heydər Əliyev Mərkəzində çıxışı böyük alqışlarla qarşılanıb.
* * *
Konsertdən sonra Di Di Bricuoter Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

