Havalansın Xanın səsi...
20.08.2025 [08:16]
İsfəndiyar Cavanşirovun doğum günüdür
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Görkəmli şair Səməd Vurğun Xan Şuşinskinin füsunkar sənətini, nadir səsini dərindən duyub sevmişdi, hətta özünün məşhur “Azərbaycan” şeirində bunu böyük məhəbbətlə tərənnüm etmişdi...
Onu Azərbaycan muğamının korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri adlandırırlar. Geniş səs diapazonu ona istər bəmdə, istərsə də zildə oxumaq imkanları verirdi. Bu gün görkəmli xanəndəmiz İsfəndiyar Aslan oğlu Cavanşirovun anadan olmasından 124 il ötür. Azərbaycan tamaşaçısı onu Xan Şuşinski adı ilə tanıdı və sevdi.
Niyə Xan?
İsfəndiyar Cavanşirovun Xan adlandırılmasının maraqlı tarixi var. Belə ki, hələ kiçik yaşında olarkən ustadı İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə iştirak edirmişlər. İslam Abdullayevin xahişi ilə ev yiyəsi qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı” muğamını dinləyirlər. Məclisdə olanların heyranlıqla qulaq asdığını görən İslam Abdullayev üzünü yeniyetmə İsfəndiyara tutaraq, bəlkə sən də “Kürd Şahnazı” oxuyasan deyir. Ustadının sözünü yerə salmayan İsfəndiyar muğamı elə bir şövqlə, daha zildən ifa edir. Onun bu ifasına heyran qalan bütün məclis əhli alqışlarla qışqırır: “Əsl xan elə bu imiş ki”. İslam Abdullayev şagirdinə xeyir-dua verərək: “Bu gündən sən oldun Xan”, - deyir.
Beləliklə, Azərbaycan muğam sənətinin Xanı - Xan Şuşinski yaradıcılığının uğurlu, şöhrətli dövrü başlayır. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olmuşdu. O, öz müəllimlərindən “Mirzə Hüseyn segahı”, “Rast”, “Şüştər”, “Şur” kimi bir çox muğam və xalq mahnılarını öyrənib.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını...
Məclislərdə bədahətən yaranan əsərlər...
1920-ci illərdən sonra Xan Şuşinski vaxtaşırı Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Bakıya gəldiyi zaman verdiyi konsertlərdə izdiham yaşanır, insanlar onun ifasını canlı dinləmək üçün sel kimi axışır. Xan əminin Bakıya köçməsini o dönəmdə Azərbaycanın kommunist rəhbəri olan Mircəfər Bağırovla bağlayırlar. Belə ki, 1938-ci ildə Moskva dekadasına getməyən Xan Şuşinski barədə söz-söhbət gəzirmiş ki, Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə getmək istəməyib. Bundan hiddətlənən Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsini əmr edir və 1939-cu ildə - 38 yaşında Xan Şuşinski Bakıya köçür...
Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərb muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır, ifasında daha fərqli, yeni çalarlarda səslənirdi. Xan Şuşinski 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk rəsmi çıxışını edib.
Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də Xana məxsusdur. Onun mahnılarının demək olar, hamısı məclislərdə bədahətən yaranıb. Xan Şuşinski məşhurluğun, şöhrətin bütün məqamlarına yüksəlmişdi. Onun ifasını təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, qastrol səfərində olduğu dövlətlərdə də sevib, alqışlarla qarşılamışlar.
Xanəndənin, eyni zamanda, simfonik orkestrlə də ifaları var. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Ümumiyyətlə, musiqi tariximizdə bir çox ilklər onun adı ilə bağlıdır. İlk dəfə duet janrında da Xan Şuşinski Şövkət Ələkbərova ilə “Yaylıq” adlı mahnı ifa edib.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülür. O, səfər etdiyi bütün ölkələrdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdi...
Azərbaycan musiqi sənətində göstərdiyi yüksək xidmətə və muğamlarımızı dünyada layiqli təbliğ etdiyinə görə, 1943-cü ildə birbaşa Azərbaycan Xalq Artisti adına layiq görüldü. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfərinə yollanan Xan əmi səfər zamanı Tehran da daxil olmaqla, İranın 4 şəhərində böyük konsert proqramı ilə çıxış edib. Elə həmin ilin dekabr ayında Tiflisdə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadasında iştirak edir. Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə Xan Şuşinski “Qatar”, “Səmavi-şəms” muğamını oxuyaraq böyük müvəffəqiyyət qazanır...
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasında solist olan Xan Şuşinski ömrünün son illərində Asəf Zeynallı adına Bakı Musiqi Kollecində xanəndəlik sinfində dərs deyərək muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. Dahi sənətkar gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək şərəflə daşıyaraq Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Səhnədən də Xan kimi getdi!
Xan Şuşinski ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur. Dahi sənətkarın səsinin yadigarı kimi günümüzə cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb. Muğam sənətimizin korifeyi 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib. Dünyaya çox xanlar gəldi-getdi. Lakin bircə Xan qaldı! O da muğam sənətimizin xanıdır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

