Tarixi Zəfərə həsr edilmiş silsilə kitabların təqdimatı olub
07.11.2024 [20:23]
Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb.
Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu nəşrlərin əmələ gəlməsi prosesindən danışıblar. Bildirilib ki, kitablarda Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi xüsusilə vurğulanıb. Həmçinin bu kitablar oxucuda ordumuzun döyüş yolları haqqında geniş təsəvvür yaradır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Güləmail Murad, “Goranboy” Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Əli Şəfiyev, Nağı Əsgərov və digərləri çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışıblar.
Bildirilib ki, çoxcildlik ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Vətən müharibəsinin mahiyyəti, gedişi, Zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.
Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, dövlət tərəfindən təltif edilməsindən söz açılır.
Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınıb.
Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ictimai-siyasi xadim və ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

