Üçüncü göz...
18.10.2022 [11:14]
Mistikada nəyi ifadə edir?
SƏİDƏ
Gündəlik həyatımızda bir çox şeyləri öncədən hiss edə bilirik. Bir saniyə sonrasını belə təxmin edə bilmək çətindir, amma bəzən hislərimiz bizi yanıltmır. Təəccüblüdür, bu necə baş verir? Belə insanların mistik gücləri var? Bunun cavabı qarışıqdır. Hislərinə çox güvənən insanların əksəriyyətinin üçüncü gözləri aktiv olur. Bu, bildiyimiz üçüncü bir göz deyil. Bədənimizdə 7 əsas enerji mərkəzi mövcuddur. Bu mərkəzlərin hər biri xüsusi orqanlarla və sinir sistemləri ilə əlaqəlidir. Altıncı enerji mərkəzi olan “üçüncü göz” çakrası 6-cı hissin mərkəzidir. Buna görə də, hadisələri əvvəlcədən hiss edə bilən insanların devizinə çevrilib bu cümlə: “6-cı hissim çox qüvvətlidir”.
Mistikada mühüm əhəmiyyət kəsb edən “üçüncü göz” əslində elmi cəhətdən də tədqiq edilib. Aramızda buna inananlar da var, inanmayanlar da. İstər elmi cəhətdən, istərsə də mistik cəhətdən fərqi yoxdur. Biz necə? Buna inanaq, yoxsa xurafatdı deyib keçək? Buna qərar verə bilmək üçün əvvəlcə hər iki cəhətdən tədqiqinə nəzər salmaq daha düzgün olar.
Üçüncü göz alnımızda, qaşlarımızın arasında yerləşir. Bu mərkəzi fiziki olaraq göz kimi müşahidə edə bilmərik. Bu, sanskrit dilində “ajna” kimi tanınan bir enerji mərkəzidir. Bir çox mənbələrdə yalnız ruhani bir anlayış kimi tədqiq edilsə də, üçüncü göz əslində epifiz və hipofiz vəzi ilə əlaqəlidir. Fizioloji olaraq bunlar görmə qabiliyyətimizi, rifahımızı və mənəvi aləmlə əlaqəmizi idarə edən beyin orqanlarıdır. İlk dəfə, eramızdan əvvəl 200-cü ildə Perqamonlu Galen tərəfindən müəyyən edilmiş epifiz vəzi beynin mərkəzində yerləşir. 1500-cü illərin sonlarında fransız filosofu Descartes onu bilinən psixo-fizioloji funksiyalarına əsaslanaraq “ruhun oturacağı” adlandırdı. Daha sonra, araşdırmalar nəticəsində məlum oldu ki, epifiz vəzi bədənin işığa reaksiyası ilə bağlı əsas hormonları tənzimləyir, bu vəz qaranlıqda aktivləşir. İşıq üçüncü göz çakrası ilə əlaqəli əsas element olaraq qəbul edilir. Aparılan tədqiqatlara əsasən, epifiz vəzi dəniz səviyyəsində çox az, hündür yerlərdə isə daha çox hormon ifraz edir. Ona görə də tarix boyu bütün ibadət evlərinin mümkün qədər hündür tikilməsini fiziki cəhətdən Allaha daha yaxın olmaqla deyil, üçüncü gözlə əlaqələndirənlər mövcuddur.
Müasir dövrümüzdə beynin bu sirli hissəsinin funksiyası haqqında maraqlı məqamlar hələ də naməlum olaraq qalır. Elm və texnologiya nə qədər irəli getmiş olsa da, insan beyni yenə də sirli bir dəryadır.
Üçüncü göz aktivləşən zaman:
• İnsanlar ətrafda olan digər varlıqların enerjisini hiss edə bilirlər;
• Xəyallarımız daha parlaq olur və onları xatırlamaq asanlaşır;
• Özünüzü dinc hiss edirsiniz;
• Tez-tez dejavu yaşayırsınız;
• Başqalarının eşitmədiyi səsləri eşidirsiniz;
• Daha yaradıcı olursunuz;
• Daha çox meditasiya etmək ehtiyacı hiss edirsiniz;
• Auraları görürsünüz;
• Başqalarının duyğularını hiss edirsiniz və s.
Bu enerji mərkəzi həm adi görmə, həm də mənəvi görmə ilə sıx bağlıdır. Dini və ya mənəvi inanc sisteminizdən asılı olmayaraq, üçüncü göz psixi və şüuraltı aləmlərə bir qapı olaraq görülür.
Üçüncü gözün aktivləşməsini çətinləşdirən əsas emosional amillər bunlardır:
• məqsədin olmaması:
• diqqət dağınıqlığı;
• pessimizm;
• mənəvi inancların rədd edilməsi;
• nəyinsə düzgün olmaması hissi.
Üçüncü göz qədim Misir və Hindistana qədər uzanan bütün dünya mədəniyyətlərində müəyyən qədər özünü göstərib. Hazırda həm Şərq, həm də Qərb inanclarında müxtəlif yanaşmalarla, dildən-dilə yayılan fərqli əfsanələrlə mövcuddur. Hər birində üçüncü gözə müxtəlif mənalar verilib. Qərbdə daha çox bunun elmi tərəfinə inanılır və yoqa vasitəsilə balanslaşdırmağa çalışırlar. Yoqada ajna çakrası adlandırılan üçüncü göz bizə daxili və xarici dünyaları görməyə və anlamağa imkan verir. Bu enerji mərkəzi insanın şüuraltının fiziki dünyanın hüdudlarından kənara sərbəst şəkildə axa bildiyi sahədir.
Buddizmdə və hinduizmdə üçüncü göz maariflənmə simvolu olaraq qəbul edilir. Buddist rəsmlərinə və heykəllərinə nəzər salsaq, onların alnında yerləşən üçüncü göz və ya “müdriklik gözü”nü görə bilərik. Buddistlər ajna çakrasına “şüurun gözü” kimi istinad edirlər, bunu dünyanın yalnız fiziki bədənlə deyil, ağıl və ruhla görülə bilməsinin əsas sübutu olaraq görürlər. Hinduizmdə üçüncü göz çakrası hindu tanrılarının qaş mərkəzində bir nöqtə kimi təsvir edilib. Hindu tanrılarından olan Şiva tez-tez üç gözlü təsvir olunur. Onun sağ gözünün Günəş, sol gözünün Ay, üçüncü gözünün isə mənəvi hikmət və bilik gözü olduğunu güman edirlər. Onun yaxşıları pislərdən qorumaq üçün üçüncü gözü istifadə etdiyinə inanırlar. Üçüncü göz açılan zaman bütün pisliklər və cəhalət yox olur.
Üçüncü gözün elmi cəhətdən sirli qalan məqamları daha çox olsa da, sübut olunmuş kiçik bir hissə belə bizi buna inanmağa vadar edir. Ruhumuzla bədənimizi əlaqələndirən enerji mərkəzlərinin olması və onların orqanlarla olan əlaqəsi artıq danılmaz bir həqiqətdir.
Siz necə? Bütün bunlara inananlardan, yoxsa inanmayanlardansınız?
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

