İkiillik fasilədən sonra kosmosa turist səfərləri bərpa edilib
20.05.2024 [11:52]
Ceff Bezosun “Blue Origin” şirkəti ikiillik fasilədən sonra kosmosa turistlərin uçuşlarını bərpa edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, NS-25 missiyasını yerinə yetirən raket Qərbi Texasdakı “Launch Site One” kosmik mərkəzindən qalxıb. Bu, onun 25-ci missiyasıdır.
Ceff Bezosun dəstəklədiyi “Blue Origin” 2022-ci ildəki missiyanın uğursuzluğundan sonra turist səyahəti əməliyyatlarını təxminən iki il müddətinə dayandırmışdı. Həmin vaxt kosmosun orbitinə qısamüddətli səfərlərdə yükləri və insanları daşıyan “New Shepard” raketi 2022-ci ilin sentyabrında Texasdan qalxdıqdan təxminən bir dəqiqə sonra uğursuzluğa düçar olmuşdu. Hazırkı missiyanın isə əvvəlki iki buraxılışı təxirə salınmışdı.
Kosmik gəminin göyərtəsində ABŞ-da ilk qaradərili astronavt olan keçmiş Hərbi Hava Qüvvələri kapitanı Ed Duayt da daxil olmaqla altı ekipaj üzvü var. Hazırda 90 yaşı olan Duayt hələ 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi tərəfindən NASA-nın birinci Afrika mənşəli astronavtı seçilmişdi. Turistlərin arasında daha bir astronavt, üç biznesmen və bir təqaüdçü - Meyson Angel, Silveyn Şiron, Kennet L. Hess, Kerol Şeller və Gopi Totakura var. Onların bilet qiymətlərinin məbləği açıqlanmayıb. Duaytın bileti qismən “Space for Humanity” qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilib.
ABŞ Federal Aviasiya Administrasiyası “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə bağlı araşdırmasını ötən il başa çatdırıb və onun nəticələrini açıqlayıb. Şirkətdən mühərrikin yenidən dizaynı və təşkilati dəyişikliklər də daxil olmaqla, ümumilikdə 21 düzəldici tədbir görməsi tələb edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

