İxrac coğrafiyası genişləndirilir
27.02.2024 [10:33]
Xaricdə Azərbaycan məhsullarına yüksək maraq var
Günel ABBASOVA
Aqrar sektorda ixracın genişləndirilməsi ölkəmizin perspektiv inkişaf strategiyasında qarşıya qoyduğu əsas hədəflərdən biridir. Bununla respublikamız postneft dönəmində də ölkəyə lazımi həcmlərdə valyuta daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcıllığını qorumağı hədəfləyib. Yeni şəraitdə respublikamızda aparılan islahatlar çərçivəsində ixracın səmərəli təşviqi mexanizminin işə salınması bütün ölkə boyu ixracyönümlü məhsul istehsalına marağı əhəmiyyətli dərəcədə artırıb. Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində ixrac bir sıra vasitələrlə dəstəklənir və təşviq edilir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməyə çalışır. Ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb.
Bu baxımdan “Made in Azerbaijan” brendinin yaradılması ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Mütəxəssislərin qənaəti belədir ki, “Made in Azerbaijan” brendlərinə yaranmaqda olan etimad istehsal olunan məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasından və güclü marketinq fəaliyyətindən asılıdır. Burada sahibkarların və müvafiq dövlət orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bu mənada, Prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin təbliğinin miqyasını daha da genişləndirməklə bağlı qarşıya mühüm vəzifə qoyub.
Son onillikdə Azərbaycanda ixrac imkanlarının genişləndirilməsinə yönəldilən tədbirlər iki mühüm istiqamətdə həyata keçirilir. Həm ölkədə ixrac qabiliyyəti yüksək olan məhsulların istehsalı artırılır, həm də həmin məhsulların mərkəzləşdirilmiş qaydada tədarükü və satış bazarlarına daha asan çıxarılması üçün optimal yollar araşdırılır. Qeyd edilənləri nəzərə alaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Azexport.az” portalının fəaliyyətə başlaması böyük aktuallığa malikdir. 2016-cı il dekabrın 20-də təqdimatı keçirilmiş portal Azərbaycan mənşəli məhsulların daxili və xarici istehlak bazarlarına çıxış imkanlarını artırmaq məqsədilə yaradılıb.
“Made in Azerbaijan” brendi yeni imkanlar yaradır
“Azexport.az” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli mühitin formalaşdırılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.
Portal həm də təchizat-satış zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları təqdim edir. Fəaliyyəti dövründə bir sıra milli və beynəlxalq ödəmə sistemləri, o cümlədən ölkənin aparıcı nəqliyyat-logistika şirkətləri portala inteqrasiya edilib. “Azexport.az” VİSA, “Master Card” və “American Express” kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirmələrini asanlaşdırır.
“Asan İmza” innovativ mobil elektron imza xidmətinin Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılan portala inteqrasiya edilməsinin önəmini də xüsusi vurğulamaq lazımdır. Belə ki, “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.
Əlamətdar haldır ki, “?zexport.az” portalı üzərindən ixracın həcmi getdikcə artır. Ümumiyyətlə, fəaliyyəti dövründə “Azexport” portalı dünyada 100 minlərlə biznes nümayəndəsinin Azərbaycan məhsulları ilə maraqlanmasına nail olub. İxracın genişləndirilməsi məqsədilə ölkədə iri logistika mərkəzləri yaradılır. Ölkəmizdə reallaşdırılan uğurlu diversifikasiya siyasəti sayəsində qeyri-neft sektorunda geniş ixrac potensialı yaranıb. Bu sahədə getdikcə artan potensialı qarşılamaq, məhsullarımızın ixracını səmərəli şəkildə təmin etmək üçün bir sıra vacib məsələlərin həllinə nail olmaq lazımdır.
İxrac coğrafiyasının genişləndirilməsi, satış bazarlarının araşdırılması da qarşıda duran vacib məsələlərdəndir. Satış bazarları ilə əhatə olunması və müasir yol-nəqliyyat infrastrukturunun qurulması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın aqrar sektorunun, emal sənayesinin yüksəkkeyfiyyətli məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Bununla belə, respublikanın artan imkanları ixrac coğrafiyasının genişləndirilməsini və satış bazarlarının daha əhatəli araşdırılmasını qaçılmaz zərurətə çevirib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

