Əməkdaşlıq və inteqrasiya...
17.02.2024 [10:50]
Dünyanın diqqəti Azərbaycana yönəlib
Günel ABBAS
Azərbaycan müstəqillik qazandıqdan sonra ən mühüm prioritetlərdən biri dünya dövlətləri vıə beynəlxalq təşkilatlar ilə inteqrasiyanı daha da sıxlaşdırmaq, əməkdaşlığın genişləndirilməsinə nail omaqdır. Bu istiqamətdə aparılan siyasət isə ardıcıllığı və məqsədyönlüyü ilə seçilir. Yerləşdiyi regionun lideri statusunu daşıyan Azərbaycan həm geosiyasi, həm də geocoğrafi üstünlüklərə malikdir. Bu mənada, ölkəmizlə əlaqələrin inkişafı beynəlxalq aləm üçün də mühüm şərtlərdən biri kimi xarakterizə olunur. Etibarlı tərəfdaş, güvənilir dost kimi qiymətləndirilən Azərbaycan da öz növbəsində dünya birliyinə inteqrasiya yolunda mühüm addımları ilə seçilir. Yaradılan əlaqələr isə birmənalı şəkildə milli maraqlara, qarşılıqlı mənafeyə əsaslanır. Ölkəmiz hər zaman qurduğu münasibətlərdə bərabərhüquqlu prinsipləri əsas götürür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov vurğulayıb ki, Azərbaycan beynəlxalq inteqrasiya yolunda mühüm mərhələ keçib. Bunun nəticəsidir ki, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin təşkil olunması ənənəvi hal alıb. Millət vəkili qeyd edib ki, siyasi mahiyyətli tədbirlərlə yanaşı, mədəniyyət və idman xaraekterli beynəlxalq tədbirlərin keçirilməsi də ölkəmizin Avropaya daha yaxından tanıdılması və özünə layiqli yer tutması baxımdan çox faydalıdır: “Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzv seçildi. Ən ali beynəlxalq qurumun üzvü seçilməsi isə ölkəmizə bir sıra mühüm üstünlüklər qazandırdı. TŞ üzvü olaraq beynəlxalq hüquq normalarının müdafiəsi, hüququn aliliyinin qorunması prosesində aktiv iştirakı, demokratik yanaşması Azərbaycana kifayət qədər yaxın tərəfdaş qazandırdı. Ümumiyyətlə, Azərbaycanın BMT ilə yaxın əməkdaşlıq münasibətləri var və bu əlaqələr inkişaf edən dinamizmə malikdir”.
Ölkəmiz BMT-də fəal iştirak edir
Millət vəkili hesab edir ki, Azərbaycanın xarici siyasət coğrafiyası getdikcə genişlənir: “Afrika və Latın Amerikası ölkələrində səfirliklərimiz, nümayəndəliklərimiz açılmaqdadır. Bununla da Azərbaycan beynəlxalq əməkdaşlıq imkanlarını artırır. Vurğulanmalıdır ki, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı kimi qlobal əhəmiyyət daşıyan təşkilatlara üzvlük Azərbaycana illərlə məruz qaldığı haqsızlıqlara qarşı aktiv mübarizə imkanı yaratdı. Dünya ictimaiyyəti Azərbaycan həqiqətləri ilə yaxından tanış ola bildi. Biz hər zaman problemlərin beynəlxalq qanunvericiliklə həll olunmasını istəyirik. Azərbaycanın ərazisi toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək ölkəmizin milli təhlükəsizlik siyasətinin ən mühüm vəzifəsidir”.
İkitərəfli münasibətlər
Parlamentarinin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də ikitərəfli münasibətlərin formalaşdırılmasıdır: “Bu münasibətlər ikitərəfli formatda siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əməkdaşlığın qurulmasına əsaslanır. Bizim üçün əsas olan amil münasibətlərdə milli marağın və bərabərhüquqlu əlaqələrin yaradılmasıdır”.
Azərbaycanın NATO ölkələri ilə münasibətlərinə də toxunan E.Nəsirov bildirib ki, Azərbaycan NATO üzvü olan Türkiyənin önəmli tərəfdaşlarından biridir. Bunun ən böyük nümunəsi iki qardaş ölkə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan “Şuşa bəyannaməsi”dir. Bütün sahələri özündə ehtiva edən sənəddə Azərbaycan üçün ən önəmli sahələrdən biri də hərbi əməkdaşlıq haqqında müttəfiqlikdir. Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri dünyanın ən qabaqcıl ordularından biridir. Xüsusilə qeyd etmək lazımdır ki, NATO kimi nüfuzlu hərbi alyansın ən qüdrətli ikinci ordusu ilə hərbi müttəfiqlik müstəqilliyimizin təminatçısı yolunda böyük uğurdur”.
Azərbaycan beynəlxalq enerji təchizatçısı kimi
Parlament üzvü onu da əlavə edib ki, Azərbaycan regionda ən strateji nəqliyyat-kommunikasiyalarına, enerji dəhlizlərinə malik ölkədir: “Zəngin təbii ehtiyatlarımız ölkəmizin inkişafı və milli rifahının təmin olunması üçün ən mühüm amillərdən biri kimi çıxış edir. Bu isə özlüyündə bizi həm də beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatlarına xüsusi üstünlüklər qazandıran beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Azərbaycan regionda genişmiqyaslı enerji-kommunikasiya dəhlizlərinin davamını gətirən qərarlar qəbul edir”.
Deputat İlham Əliyevin fevralın 14-də parlamentdə keçirilən andiçmə mərasimində çıxışına diqqət çəkərək bildirib ki, ölkə başçısı həmin çıxışda ölkəmizin artıq yeni bir tarixi dövrə daxil olduğunu vurğuladı: “Dövlət başçısı qeyd etdi ki, artıq biz bir dövrü başa çatdırdıq. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam və qəti təmin etmək bizim strateji vəzifəmiz idi. Bu vəzifə uğurla həyata keçirildi. Tarixi zəfərə imza atdıq, tarixi ədaləti bərpa etdik. Bundan sonra biz yeni dövrə daxil olmuşuq və yeni dövrə daxil olarkən qarşımızda dayanan əsas hədəflərdən biri ordu quruculuğu, ordumuzun daha da gücləndirilməsi, hərbi potensialımızın daha da artırılması, büdcədən hərbi müdafiə sahəsində ayrılmaların daha da inkişaf etdirilməsi dayanır. Çünki mövcud dünya düzəni onu göstərir ki, güclüsənsə, haqlısan. Və bu gün güc faktoru beynəlxalq siyasətdə mühüm rol oynayır”, -deyə Elman Nəsirov fikirlərini yekunlaşdırıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

