Qulu Məhərrəmli: Medianın hakimiyyət üzərində ictimai nəzarət funksiyası daimidir
13.02.2024 [10:55]
Y.SAHİB
Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququ var. Təbii ki, bundan yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı hər bir ölkənin demokratik inkişaf səviyyəsinin mühüm göstəricisi kimi qəbul edilir. Çünki fikir və söz azadlığı məhz insan hüquqlarının ayrılmaz tərkib hissələrindən biridir. Bunların təminatı isə hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin göstəricisi sayılır. Azərbaycan bu cəhətdən dünya dövlətlərindən geri qalmır. Belə ki, ölkəmizdə fikir və söz azadlığının təmin olunması, pülüralizmin inkişaf etdirilməsi üçün xüsusi dövlət siyasəti həyata keçirilir.
Bu gün fikir azadlığı hər bir ölkədə aktual olan məsələlərdən biridir. Lakin dünya mürəkkəbləşdikcə, beynəlxalq müstəvidə siyasi və iqtisadi maraqlar toqquşması artdıqca medianın müstəqilliyi də bəzən arxa plana keçir. Maraqlıdır, fikir və söz azadlığı ilə bağlı dünya ölkələrində vəziyyət necədir?
Sualımızı cavablandıran professor, media eksperti Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dünyada mətbuat azadlığına həmişə basqılar olub. Ekspertin sözlərinə görə, bu basqılar yenə də var, lakin zaman-zaman artır və azalır: “Son illərdə, xüsusən pandemiya dövründə bəzi Avropa dövlətlərində söz-mətbuat azadlığı ilə bağlı ciddi problemlər ortaya çıxdı. Hətta Almaniya kansleri bəzi məhdudlaşdırmalar haqqında danışanda xüsusi olaraq qeyd elədi ki, biz başa düşürük ki, görülən tədbirlər bəzi hallarda insan haqlarını, o cümlədən ifadə azadlığını və sərbəst fəaliyyət azadlığını pozur. Bunlar reallıqlardır, amma ümumiyyətlə, dünyada söz azadlığının arxa plana keçməsi fikri ilə tam razılaşmaq olmur. Bəli, avtoritar sistemlərdə bu problemlər var. Demokratiyaya keçid ölkələrində mətbuat azadlığı, xüsusən araşdırmaçı jurnalistlərlə bağlı ənənəvi problemlər də mövcuddur”.
Q.Məhərrəmli qeyd edib ki, hər il dünya ölkələrində söz azadlığı olan və olmayan dövlətlər mətbuat azadlığı indeksində öz əksini tapır, mətbuat azadlığı ilə bağlı hesabatlarda da bu barədə göstərilir: “Məsələn, bəzi Qərb ölkələrində hakimiyyət mətbuata təzyiqlər edir, jurnalistləri susdurmağa çalışırlar. Mətbuatı öz reysindən çıxarmağa çalışırlar. Belə tendensiyalar var, amma belə yerdə hakimiyyətlər həmişə məğlubiyyətə uğrayırlar. Söhbət demokratik ölkələrdən gedir. Məsələn, Donald Tramp prezident olduğu dövrdə demək olar ki, Amerika mediasına, azad mediaya qarşı səlib yürüşü apardı. Bir çox media qurumlarını boykot eləmək, Trampın söz mətbuat azadlığı sahəsində ən ciddi uğursuzluqlarından biri idi. Amma ölkə prezidenti kimi bütün səlahiyyətlərinə baxmayaraq, o mətbuat azadlığına, azad mediaya qalib gələ bilmədi. Əksinə, özü bundan ciddi şəkildə ziyan çəkdi. Nə qədər dünya var, nə qədər demokratik dəyərlər mövcuddur, söz, ifadə azadlığı, mətbuat azadlığı həmişə var olacaq. Çünki söz azadlığı, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etməyi, medianın cəmiyyətə təsiri, medianın hakimiyyət üzərində ictimai nəzarət funksiyası daimidir”.
Professorun fikrincə, demokratik ölkələrdə hər zaman fiki və söz azadlığı artan xətlə davam edəcək: “Azad mətbuat olmasa, demokratik cəmiyyət heç cür inkişaf edə bilməz. Demokratik dəyərlər heç bir halda cəmiyyətin ümumi sərvətinə çevrilə bilməz. Bütün sosial şəbəkələr ortadadır, amma baxın, sosial şəbəkələr daha çox hansı ölkələrdə inkişaf edir? Hansı ölkələrdə mətbuat, sosial şəbəkələr öndədir və ona diqqət yetirilir? Təbii ki, internetin mövcudluğu insanlara siyasi fikirlərini, iddialarını, düşüncələrini, həmin sosial şəbəkə platformalarında ifadə eləməyə daha rahat imkan verir. Çünki internetin tənzimləmə mexanizmi olmadığına görə orada müəyyən qədər sərbəstlik var. Sosial şəbəkə bir başqa platformadı, amma azad media, ənənəvi media da var. Həmişə də demokratik cəmiyyətlərdə mətbuat azadlığı, azad media cəmiyyətin, demokratiyanın və demokratik dəyərlərin yanındadır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

