İnsan hüquqları müdafiəsinin problemləri
20.10.2023 [12:19]
Müharibə və postmüharibə dövründə Azərbaycan ombudsmanının fəaliyyəti
AYSU
Respublikamızda 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcı oldu. Bu konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyənləşdirib. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir.
Məlum olduğu kimi, Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan hüquq və azadlıqları Azərbaycan ərazisində birbaşa tətbiq gücünə malikdir.
Hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları, demokratiya və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edilib. Bu xüsusda, “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif müzakirələr və maarifləndirmə tədbirləri təşkil olunur.
Ombudsmanlar səlahiyyətlərinə dair
müsbət təcrübələri bölüşüblər
İstər xaricdə, istərsə də ölkə daxilində keçirilən tədbirlərdə Azərbaycan həqiqətləri, xüsusilə I və II Qarabağ müharibələri zamanı vətəndaşlarımızın pozulmuş hüquqları dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Yeri gəlmişkən, ötən günlərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda Moskvada keçirilən VII beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Ombudsman çıxışı zamanı bildirib ki, həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır.
47 ölkənin ombudsmanlarının iştirak etdiyi tədbirdə “Müharibə və postmüharibə dövründə Azərbaycan ombudsmanının fəaliyyəti” mövzusunda çıxışı zamanı müvəkkil insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində ombudsman təsisatlarının və milli insan hüquqları institutlarının rolunu vurğulayıb, eləcə də Azərbaycanın Ombudsman təsisatının müvafiq istiqamətdə fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib, mandatının mövcud beynəlxalq meyarlara uyğun olaraq, aidiyyəti sahələr üzrə genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən söz açıb.
Son illərdə baş verən müharibə və terror aktlarının fundamental insan hüquqlarının pozulmasına, humanitar böhranın yaranmasına səbəb olduğunu qeyd edən Ombudsman otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilən müharibə cinayətləri barədə də danışıb.
Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. O, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarını özündə əks etdirən müraciət, hesabat və bəyanatların aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlara ünvanlandığını qeyd edib.
Savaşların insan tələfatı ilə yanaşı, həm də onların itkin düşmələrinə səbəb olduğunu söyləyən müvəkkil Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan S.Əliyeva mina partlayışı nəticəsində İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.
Sonda ombudsman insan hüquqlarının müdafiəsi sahəsində təsisatlar arasında münasibətlərin daha da möhkəmlənəcəyinə, səmərəli fəaliyyətin və konstruktiv dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

