Təmiz ekoloji mühit - sağlam həyat
13.10.2023 [11:32]
Ekologiya və ətraf mühitin mühafizəsi
Günel ABBAS
Təbiətin qorunması, flora və faunanın, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpası hər zaman öz aktuallığını qoruyur. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla gələcək nəsillərə ötürə bilərik. Ona görə də bu məsələ ölkədə davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması sosial islahatlarda mühüm yer tutur. Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrin icrası davam etdirilib, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda olub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır: “Sözügedən problemlərin həlli üçün ekoloji siyasətin işlənib hazırlanması, tətbiqi vacibdir və hər bir dövlətin özünün ekoloji siyasəti mövcuddur. Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də milli parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir”.
A.Məmmədov qeyd edib ki, ölkəmizdə ekologiyanın mühafizəsi üçün mühüm qanunvericilik bazası da yaradılıb: “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Eyni zamanda bu qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin daim qarşılıqlı əlaqəsini tənzimləyir”.
Deputatın sözlərinə görə, Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların ən yüksək səviyyədə sağlam təbii mühitdə yaşamasını təmin etməkdir: “Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə rəhbərinin, cənab İlham Əliyevin təşəbbüsü ilə “2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsi, eləcə də təsdiqidir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, nəticə etibarı ilə ekologiyanın mühafizəsinə dair milli proqramların yerinə yetirildiyi də günümüzün reallığıdır.
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsinin də bu sahəyə böyük töhfələr verdiyi göz önündədir və təbii ki, bu layihə ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb və bu işlər müvəffəqiyyətlə davam etdirilir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər də göz önündədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

