Uşaq və gənclərin inkişafı
29.04.2023 [11:12]
Dövlət siyasətinin mühüm tərkib hissəsi...
Yeganə BAYRAMOVA
Hər bir dövlətin, cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur. Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən, bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Uşaq və gənclərin sağlamlığı, fiziki cəhətdən inkişaf etməsi istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər təkzib edilə bilməz. Ölkəmizdə idman strukturlarının yaradılması, istifadəyə verilməsi, olanların da əsaslı təmir edilməsi məhz gənc nəslin fiziki cəhətdən inkişafına hesablanıb. Çoxlu sayda stadionların tikilib istifadəyə verilməsi, hətta olimpiya komplekslərinin yaradılması dövlətimizin uşaq və gənclərin fiziki inkişafına olan diqqətinin, qayğısının bariz nümunəsidir. Bu kimi komplekslərin yaradılması, ümumiyyətlə idman strukturlarına yer verilməsi heç də təsadüfi deyil, fiziki cəhətdən sağlam gəncliyin yetişməsi üçündür. Hansı ki, bu, yenə də cəmiyyətin inkişafına öz töhvələrini verməkdədir.
Uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların mənəvi, psixoloji cəhətdən düzgün istiqamətləndirilməsində və digər məsələlərlə bağlı daha hansı işlərin görülməsi vacibdir?
Sualımızı cavablandıran millət vəkili Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkənin gələcək inkişafı, tərəqqisi, müstəqilliyinin qorunması böyüməkdə olan uşaqlar və gənc nəsildən asılıdır. Bu baxımdan, hər bir dövlət çalışmalıdır ki, böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən inkişaf etməsi üçün mühüm addımlar atsın: “Azərbaycanda müstəqilliyin ilk illərində -1991-1993-cü illərdə baş verən hadisələr, xüsusən gənclərin siyasi məqsədlər naminə çirkin kampaniyalara sürüklənməsi, onların başlı-başına qalması, əlbəttə ki, gənclərimizə çox böyük mənfi təsir göstərirdi. Onların beyinləri yuyulurdu. Daxildə olan xəyanətkar qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edirdilər. 1993-cü ildən sonra, ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldikdən sonra bu sahədə nizamlı işlər görüldü. Ümummilli Liderimizin ən çox diqqət etdiyi sahələrdən biri məhz uşaq və gənclərin mənəvi və fiziki inkişafı oldu. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. Ondan sonrakı mərhələdə, 2003-cü ildən bu günə kimi görürük ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri arasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmağa başlanıldı, inkişaf etdirildi. Bunun üçün müxtəlif dövlət proqramları qəbul olundu. Məqsəd isə həm Azərbaycan gənclərinin fiziki inkişaf etmələri, həm də öz savadları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini çatdırmağa şərait yaratmaqdır. İlk növbədə Vətənə sevgi, sədaqətin nümayiş etdirilməsidir”.
Deputat qeyd edib ki, cənab Prezidentin hakimiyyəti dövründə böyüyən gənclərimizin 44 günlük Vətən müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin şahidi olduq. Bunun da kökündə ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanırdı: “Zaman keçdikcə bu sahədə yeni baxışlara çox böyük ehtiyac var. Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra gənclərimizin beyinlərini yumaq, onları düzgün yoldan yayındırmaq üçün xarici, xüsusən ermənipərəst dairələr tərəfindən iş aparılır. Əlbəttə, buna da adekvat cavab verilməli, müasir zamanın tələbinə uyğun addımlar atılmalıdır. Radikal dini cərəyanlar vasitəsilə gənclərin beyinlərini yumağa çalışırlar. Bunun qarşısının alınması üçün mühüm addımlar atılır, bundan sonra da atılacaq. İnanırıq ki, həmişə olduğu kimi Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz ölkə Prezidentinin ətrafında sıx birləşəcək. 44 günlük müharibədə Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir!”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

