Azad sahibkarlığın Azərbaycan modeli
19.04.2023 [10:54]
Liberal iqtisadiyyatın inkişafı prioritet məsələlərdəndir
Yeganə BAYRAMOVA
Azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli şəraitin ölkədə olması iqtisadi inkişafın əsas elementlərindən biridir. Sözsüz ki, sağlam rəqabət mühiti və şaxəli şəkildə inkişaf iqtisadiyyatın tərəqqisi deməkdir. Sağlam rəqabət mühiti, yəni inhisarçılığın olmaması da öz növbəsində liberal iqtisadiyyatın formalaşmasını təmin edir. Bu baxımdan da Azərbaycanda azad sahibkarlıq mühiti yaradılıb.
Ölkəmizdə liberal iqtisadiyyatın inkişafına ayrılan diqqət liberal iqtisadi sistemin qurulması istiqamətində atılan qətiyyətli, mühüm və uğurlu addımlarda özünü göstərir. Azad sahibkarlıq, sağlam rəqabət mühitinin yaradılması özü liberal iqtisadiyyat üçün əsas şərtdir. Ölkəmizdə həmin mühitin formalaşdırılması əbəs yerə deyil. Məqsəd, ilk növbədə liberal iqtisadi sistemin gücləndirilməsidir ki, bu da nəticə etibarı ilə ölkəmizin iqtisadi inkişafını təmin edən başlıca amildir.
Sağlam rəqabət, azad sahibkarlıq üçün qanunvericilik bazası da vacib şərtdir. Həmin qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusilə diqqət mərkəzindədir. Şübhəsiz ki, azad sahibkarlıq mühitinin mövcud olması və getdikcə daha da təkmilləşdirilməsi məqsədi ilə aparılan dövlət tənzimləmələrinin rolu, yeri təkzib edilə bilməz. Cəsarətlə deyə bilərik ki, məhz dövlət tənzimləməsi sayəsində ölkəmizdə inhisarçılıq yoxdur. Belə bir şərait işgüzarlıq, sahibkarlıq üçün ən əlverişli şərait deməkdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Anar Məmmədov “Yeni Azərbaycan”a bildirib ki, Azərbaycanda azad iqtisadiyyat və liberal iqtisadi sistemin qurulması prioritet məsələlərdəndir. Onun sözlərinə görə, bununla bağlı 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var: “Bir tərəfdən gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi sistemin genişləndirilməsi baxımdan vacib hesab olunur. Digər tərəfdən də, liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir”.
A.Məmmədov bildirib ki, həm ümumi məsələlərin sayında özəl sektorun payının artması, həm də bütövlükdə, iqtisadiyyatda özəl müəssisələrin genişlənməsini müşahidə edirik: “Bütün bunlar azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Bu baxımdan 2018-ci ildən azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafını və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsini müşahidə edirik. Bu, iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir. Çünki yeni strategiyada inklüziv inkişaf prioritet məsələlərdəndir.
Hazırda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri də azad sahibkarlığın və bütövlükdə, liberal iqtisadiyyatın daha geniş, əhatəli şəkildə formalaşmasıdır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” də liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bu zamana qədər olduğu kimi, hələ bundan sonrakı illərdə də bu istiqamətdə islahatlar davam etdiriləcək. Deməli, gizli iqtisadiyatın məhdudlaşdırılması, inhisarçılıq kimi məsələlər keçmişdə qalır, sağlam iqtisadi rəqabət mühiti daha geniş şəkildə inkişaf edir”.
Deputat qeyd edib ki, liberal dəyərlər sağlam rəqabət mühiti olmadığı təqdirdə işləyə bilməz və bu da, ümumilikdə bazar iqtisadiyyatının olmaması deməkdir: “Azad ticarətin, sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi bir çox iqtisadi quruluşlarda səmərə verib. Buna görə də bu sistem dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da azad sahibkarlıq, liberal iqtisadiyyat prioritet istiqamət olaraq müəyyənləşdirilib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşmasına, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılıb”.
Parlament üzvünün sözlərinə görə, hazırda sahibkarların öz fəaliyyətinin genişləndirilməsi üçün dövlətimiz maliyyə dəstəyi göstərir. Bu məqsədlə subsidiyalar ayrılır, özəl sektorun inkişafı daha da sürətləndirir: “Bunun nəticəsidir ki, iqtisadçılar, ekspertlər ölkəmizdə azad sahibkarlıq mühiti üçün ən əlverişli şəraitin olduğu, sağlam rəqabət üçün heç bir əngəlin olmadığı qənaətindədirlər. Azərbaycanın dünya iqtisadi reytinqlərindəki mövqeyinin davamlı olaraq daha da möhkəmlənməsi özü də təsadüfi deyil. İnvestorların ölkəmizə marağı geniş şəkildə artıb. Bu da onu deməyə əsas verir ki, liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi prioritet məsələdir. Bunun üçün də münbit şərait var, hansı ki öz müsbət nəticələrini verməkdədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

