Gənclərin vətənpərvərlik nümunəsi
14.04.2023 [10:52]
Dövlətin yaratdığı şəraitdən məqsədyönlü istifadə etmək lazımdır
Günel ABBASOVA
Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir: “Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə, milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Ümumiyyətlə, müasir dövrdə - qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məsələləri ifadə edir. Bu məsələnin Azərbaycan təcrübəsinə sistematik yanaşma üçün kompleks xarakterli bir sıra məqamlara diqqət yetirmək gərəkdir”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir: “Bu kontekstdə gənclərin milli-mənəvi dəyərlər əsasında - milli ruhda tərbiyə alması vacib məsələ kimi çıxış edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verməlidir.
Tarixin bütün dövrlərində dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi sayılan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Ən qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilib.
Eyni zamanda, milli-mənəvi dəyərlərimiz dövlətçilik ənənələrində, cəmiyyətimizin həyat tərzində yaşadılır və müasir çağırışlarla sintez edilir. Bunun nəticəsidir ki, Azərbaycan dinamik tərəqqiyə malik olan modern ölkə olmaqla yanaşı, eyni zamanda, öz tarixi ənənələrini, milli dəyərlərini yaşadır. Həmçinin, milli identikliyin mühüm tərkib hissəsi olan milli və dini dəyərlər sayəsində Azərbaycan xalqı bu günədək özünəməxsusluğunu, eləcə də milli dövlətçiliyini hifz edə bilib”.
C.Osmanovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni irsinin qorunub saxlanılması və beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan uğurlu fəaliyyət Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına yol açıb: “Bu gün Azərbaycan beynəlxalq miqyasda çoxəsrlik tarixi ənənələrə, milli-mənəvi dəyərlərə malik olan müasir ölkə kimi tanınır. Bu isə Azərbaycan gerçəkliklərinin, milli dəyərlərimizin beynəlxalq təbliğində müstəsna əhəmiyyət kəsb edir. Nəticə etibarilə, sadalananların fonunda qeyd edə bilərik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin diqqət mərkəzindədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26

