Bərabərlik naminə birgəlik
30.03.2023 [11:28]
Gender bərabərliyi və maarifləndirici tədbirlər...
Yeganə BAYRAMOVA
Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəçisidir. Bu ad zərifliklə qüdrətin birləşdiyi, dünyanı qoruyan ali duyğuların başlandığı, pisliklərin ömrünü başa vurduğu ünvandır. Bəzən ailələrin, bəzən isə bütövlükdə, ölkələrin və xalqların taleyüklü anlarında sülh, humanizm, insanpərvərlik məhz qadınların timsalında qələbə çalıb. Qadın itirilmə təhlükəsi qarşısında qalan müqəddəsliklərin mühafizinə çevrilib. Yaxın-uzaq tarix qadın zəkasının, müdrikliyinin, təmkininin, hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı çoxsaylı faktlarla sübuta yetirilib.
Bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizələrlə də zəngindir. Sivil cəmiyyət formalaşandan öz hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gərib. Qadınlar ictimai həyatın müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. Bu gün dünyanın inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması xüsusi aktuallığa malik məsələlər kimi nəzərdən keçirilir. Bu aktuallıq həm də onunla şərtlənir ki, tarixən əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıblar, onların siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb. Nəinki ailə dəyərlərinin, hətta cəmiyyətin inkişafına təkan verən, ali keyfiyyətlərin daşıyıcısı olan qadınlar anlaşılmaz bir ədalətsizliklə uzun əsrlər boyu elementar hüquqlardan da məhrum ediliblər.
Gender bərabərliyi sosial mövzu olduğu üçün geniş müzakirə edilməli və sosial araşdırma aparılmalıdır. Maarifləndirmə məqsədilə təlimlərin keçirilməsi çox vacibdir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə təqdirəlayiq addımlar atılır, müxtəlif aspektli tədbirlər keçirilir. Bu gün Azərbaycanda gender bərabərliyinin təmin olunması və bu sahədə maarifləndirmə yalnız paytaxtda deyil, bölgələrimizdə də aparılır.
“Bərabərlik üçün gənclərlə birlikdə”
Bir neçə gün öncə gənclərin gender stereotipləri və sosial normalar haqqında məlumatlılığını artırmaq məqsədilə layihə həyata keçirilib. Yardımlı, Astara və Lerik gənclərinin iştirakı ilə müzakirə edilən layihə “Bərabərlik üçün gənclərlə birlikdə” adlanır. Layihə çərçivəsində müxtəlif mövzulara toxunularaq təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunub. Təlimlər hər rayonda iki gün olmaqla baş tutub, ümumilikdə, 70-dən çox gənc layihədə iştirak edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd qeyd edilən rayonlarda yaşayan gənclər üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, aktual gender problemlərinin həllinə yönəlik maarifləndirmə kampaniyalarının aparılmasıdır.
“Susma, səsini eşitdir!”
Dünən isə paytaxt məktəblərində “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbirlər keçirilib. Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tədbir 112, 113, 188 və 305 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açıblar.
Məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ilə bağlı hazırladıqları səhnəcikləri nümayiş etdirib, şeir və mahnılar səsləndiriblər.
Qeyd edək ki, layihə çərçivəsində hər ay Sabunçu rayonunun ümumi təhsil məktəblərində tədbirlərin keçirilməsi və gender bərabərliyi, insan hüquqları, məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma, bulinq və s. bu kimi mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42

