“Böyük Qayıdış” YOLU
10.02.2023 [10:47]
Abadlaşan Qarabağ...
Yeganə BAYRAMOVA
Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına da böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.
Bərpa prosesində xarici ölkə və şirkətlərin iştirakı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin həyata keçirilməsinə xarici ölkələr və şirkətlər də böyük maraq göstərir, bu istiqamətdə təkliflərini irəli sürürlər. Ölkə başçısının qeyd etdiyi kimi, həmin ərazilərdə bərpa işlərində ancaq müharibə dövründə ədalətli mövqe tutmuş və Azərbaycana qarşı dostluq münasibəti nümayiş etdirmiş ölkələr və onların şirkətləri iştirak edə biləcək. “Böyük Qayıdış” prosesində ən sıx əməkdaşlıq müharibə dövründə Azərbaycana ən böyük dəstək verən Türkiyə şirkətləri ilə qurulur. Eyni zamanda, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, Yaponiya və s. ölkələr də işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Çünki yenidənqurma işlərinin miqyası böyükdür və yalnız yerli şirkətlərin resursları hesabına bərpa prosesini səmərəli şəkildə və qısa zamanda həyata keçirmək çətindir. Bununla yanaşı, xarici şirkətlərin ölkəyə gəlməsi və azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməsi bir sıra üstünlüklər yaradacaq. Belə ki, bu şirkətlər özləri ilə yeni texnologiyalar və ənənələr gətirirlər. Bu isə yeni sahibkarlıq və rəqabət mədəniyyətinin formalaşmasına imkan yaradacaq. Azad edilən ərazilərin böyük potensiala malik olması onu deməyə əsas verir ki, ərazilərin bərpa prosesində maraqlı olan şirkətlərin sayı yenə artacaq. “Böyük Qayıdış”la bağlı həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd kimi qoyub. Azad edilmiş ərazilərin böyük təbii resurslara və ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə imkan yaradır.
Sosial dəstək paketləri genişlənir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb və xəstəxanaların inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər Böyük Qayıdışı sürətləndirən infrastruktur layihələrdir: “Hesab edirəm ki, həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edəcək. Bu ilin yanvar ayından etibarən işğaldan azad edilmiş ərazilərimiz üçün genişmiqyaslı güzəşt paketləri, həmçinin orada məskunlaşacaq vətəndaşlarımıza sosial dəstək paketi təqdim olunub. Azad edilmiş ərazilərdə çalışan iş adamları növbəti 10 ildə gəlir, mənfəət, əmlak və torpaq vergisindən azaddırlar. Təbii ki, bu da sərmayənin cəlb edilməsi üçün kifayət qədər böyük imkandır. Bundan başqa, azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər həm də cəlb etdikləri bank kreditlərinə görə subsidiya mexanizmlərindən istifadə edə biləcəklər. Beləliklə, onların aşağı faizli kreditləri cəlb edə bilmələrinə imkan yaranacaq. Vətəndaşlarımıza birdəfəlik 600 manat ödənişin verilməsi, maaşlara əlavələrin hesablanması və sosial ödənişlərin dövlət tərəfindən subsidiyalaşdırılması reallaşacaq. Bütün bunlar azad edilmiş əraizlərdə yaşayan və işləyən vətəndaşlarımızın sosial təminatı, bütövlükdə, Qarabağda məskunlaşmanın təşviq edilməsi üçün vacibdir”.
V.Bayramov vurğulayıb ki, cənab Prezidentin göstərişinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın məşğulluğu daim diqqət mərkəzindədir: “Sahibkarlar üçün güzəştlər, işəgötürən və işçilər üçün müəyyənləşdirilmiş sosial dəstək paketləri həmin ərazilərdə iqtisadiyyatın formalaşmasını sürətləndirəcək. Ölkə başçısının göstərişlərinə uyğun olaraq Qarabağda bərpa və yenidənqurma ilə bağlı sistemli işlər davam etdirilir. Bu da ondan xəbər verir ki, “Böyük Qayıdış” gözləniləndən daha qısa zamanda baş tutacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

