Tolerantlıq ənənələrinin izi ilə...
17.09.2021 [14:44]
Anar İsgəndərov: Azərbaycan hər zaman fərqli dini və milli mənsubiyyətə malik xalqların dostluq zəminində yaşadığı məkan olub
Milli-mənəvi dəyərlərin qorunması, millətlərarası münasibətlərin tənzimlənməsi Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dünyada multikulturalizm nümunəsi sayılan Azərbaycanda bu gün dini, irqi, etnik ayrı-seçkiliyə yol verilmir və hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir.
Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu, milli və dini tolerantlığı özündə əks etdirən dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar, respublikamızın inkişafına töhfələrini verirlər. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, o cümlədən fərqli dini inanclara malik gənclərimiz çiyin-çiyinə Vətənin keşiyində dayandılar. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən, 30 ilə yaxın erməni vandalizminə məruz qalmış dini abidələrimiz də düşmən əsarətindən xilas edildi. Həmin regionlarda gedən abadlıq-quruculuq işləri çərçivəsində tarixi, dini və milli abidələrimiz bərpa olunur. Xüsusi olaraq vurğulanmalıdır ki, bunlar sırasında məscidlərlə yanaşı, digər dinlərə məxsus abidələr də var.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov bildirib ki, Azərbaycan xalqının tolerantlıq və multikulturalizm mədəniyyəti dünya üçün nümunədir. Millət vəkilinin sözlərinə görə, hətta 1920-ci ilin aprel işğalından sonra respublikada dini ibadətlə bağlı sərt qadağalar həyata keçirilsə belə, Azərbaycan xalqı bu dəyərləri yaşatdı, gələcək nəsillərə ötürdü. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atdı. A.İsgəndərov deyib ki, ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi, o cümlədən milli birliyin formalaşdırılması istiqamətində atılan addımlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Həmin dövrdə ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu Öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə, o cümlədən xristianlığa və yəhudilərə məxsus dini abidələrə dövlət qayğısını təmin etməklə Azərbaycanın tolerantlıq ənənələrini bütün dünyaya nümayiş etdirdi. Məscidlərimiz, kilsələr və sinaqoqlar bərpa olundu, yeniləndi. Hətta yeni dini ibadət məkanları istifadəyə verildi”.
“Xüsusi vurğulanmalıdır ki, Azərbaycan hər zaman fərqli dini və milli mənsubiyyətə malik xalqların dostluq zəminində yaşadığı məkan olub. Nəzərə alsaq ki, XX əsrin sonları dünyada müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla, kataklizmlərlə müşayiət olunub, o zaman qeyd edə bilərik ki, Azərbaycanda bu cür gözəl ab-havanın hökm sürməsi həm həyata keçirilən dövlət siyasətinin nəticəsi, həm də xalqımızın tolerantlıq ənənələrinin göstəricisidir”, - deyə Anar İsgəndərov əlavə edib.
Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-hücum əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı və dini, milli mənsubiyyətindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. “Bu, bəlkə də, bəşər tarixində görünməmiş bir hadisə idi. Düşmənə qarşı birləşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını ortaya qoyan qəhrəman Vətən övladlarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində irəli getdilər və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”, - deyə A.İsgəndərov əlavə edib.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52

